Yuxarı

Veteranlara şad xəbər: yeni sayt gəlir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Vətən müharibəsində itkin düşmüş və həlak olmuş azərbaycanlıların axtarışı məqsədilə yaxın günlərdə “qələbə.az” saytı istifadəyə veriləcək. Ölkəmiz üçün yeni olan bu layihə Böyük Vətən müharibəsinin itkin düşmüş azərbaycanlı iştirakçılarının axtarılmasının, onların adlarının əbədiləşdirilməsinin, xalqımızın öz tarixinə və hər bir vətəndaşına sahib çıxmasının əyani sübutudur. Tariximizin böyük bir hissəsini özündə əks etdirəcək və ictimaiyyətin istifadəsinə veriləcək sayt azərbaycanlıların iştirak etdikləri digər müharibələrdə də itkin düşmüş və həlak olmuş şəxslər haqqında məlumatlarla mütəmadi qaydada zənginləşdiriləcək. Saytın baş redaktoru və təsisçisi kinorejissor, Mədəniyyət Nazirliyinin sektor müdiri Cəmil Quliyevdir.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov məlumat verib.

C.Xəlilov bildirib ki, Respublika Veteranlar Təşkilatı itkin düşmüş müharibə iştirakçılarının axtarışı, onlarla bağlı məlumatların üzə çıxarılması ilə daim məşğul olur. Bu iş MDB məkanı ilə yanaşı, bir sıra Avropa ölkələrinin müvafiq axtarış qrupları vasitəsilə müntəzəm surətdə həyata keçirilir. Çünki İkinci Dünya müharibəsinin başa çatmasından 73 ildən çox vaxt ötməsinə baxmayaraq, müxtəlif cəbhələrdə döyüşmüş minlərlə həmvətənimizin taleyi hələ də naməlum olaraq qalır.

“Ümumiyyətlə, “qələbə.az” məlumat-axtarış saytı bu sahədə fəaliyyətin intensivləşdirilməsinə imkan verəcək. Saytın yaxın vaxtlarda fəaliyyətə başlaması üçün Respublika Veteranlar Təşkilatı bu layihəyə yaxından kömək göstərəcək və əməkdaşlığı davam etdirəcək”, - deyə C.Xəlilov vurğulayıb.

O, həmçinin qeyd edib ki, Respublika Veteranları Təşkilatında qurumun Rəyasət Heyətinin üzvləri, ziyalılar və veteranların iştirakı ilə saytın ilkin müzakirəsi keçirilib, təklifləri dinlənilib. Müzakirələr nəticəsində Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin üzvü Cəmil Quliyevin başçılıq etdiyi qrup tərəfindən yaradılan saytın tərtibatı, orada yer alacaq bölmələr, informasiya bazasının qurulması haqqında yekun qərar qəbul olunub.

Tarix
2018.10.20 / 20:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla