Yuxarı

Bakıda restoranlar bunu da etdi: Oxatan kirpini... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda restoranların birində müştərilərə oxatan kirpi əti verilib.

Axar.az-ın Xəzər Xəbər-ə istinadən məlumatına görə, bunu təsdiq edən video müştərilər tərəfindən çəkilərək Yutuba yüklənib.

Görüntüdə onlar kirpi kababının dadlı olduğunu deyirlər. Bundan başqa, elə video çəkənlər tərəfindən oxatan kirpi ətinin payız aylarında yeyilməsi də tövsiyə edilir.

Qeyd edək ki, oxatan kirpinin ovlanması qadağandır və nəsli kəsilmək üzrə olduğundan onun adı "Qırmızı kitab”a salınıb.

Restoran adminstratorunun sözlərinə görə, həmin videogörüntü xeyli müddət əvvəl çəkilib. Restorana kirpi əti isə ovçular tərəfindən gətirilib.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, ölkədə oxatan kirpi kimi canlıların nəsli kəsilməkdə olduğundan onların ovlanması artıq 10 ilə yaxındır ki, qadağandır. Vətəndaşlar bu kimi hallarla qarşılaşanda mütləq nazirliyin 168 saylı çağrı mərkəzinə məlumat versinlər. Nazirlik tərəfindən məsələ araşdırılacaq, əgər fakt təsdiqini taparsa, lazımi tədbirlər görüləcək.

Tarix
2018.10.21 / 21:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla