Yuxarı

Azərbaycanda keçmiş nazir vəfat etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın keçmiş Mənzil-Kommunal Təsərrufatı naziri, Milli Azadlıq Hərəkatının fəallarından olan Sucəddin Mustafa oğlu Abdullayev oktyabrın 21-də uzun sürən xəstəlikdən sonra vəfat edib.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, Sucəddin Abdullayev 1949-cu ildə Gədəbəy rayonunun Nəriman kəndində doğulub. O, Milli Azadlıq Hərəkatında xüsusi yeri olan, 1990-91-ci illərdə Azərbaycan Xalq Cəbhəsininin təşkilat komitəsinə rəhbərlik etmiş, 1991-ci ildə müəmmalı sui-qəsd nəticəsində həyatını itirmiş Arif Abdullayevin qardaşıydı.

S.Abdullayev 1992-1999-cu illərdə Azərbaycan Respublikasının Mənzil-Kommunal Təssərrufatı naziri vəzifəsində çalışmış, bu sahədə ciddi islahatların əsasını qoymuş, mənzil-kommunal və su təssərüfatının idarə olunmasında yeni münasibətlərin qurulmasına rəhbərlik etmiş adam idi.

Allah rəhmət eləsin!

Tarix
2018.10.22 / 09:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla