Yuxarı

Bakının bu əraziləri niyə sürüşür? – Ekspertlər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sürüşmələrin əsas səbəbi həmin ərazilərdə tikilən qanunsuz evlər və villalardır.

Bu sözləri Axar.az-a açıqlamasında ekoloq Telman Zeynalov deyib. O bildirib ki, sürüşmə zonasındakı evlərin tikilməsi və ya satılması qadağan olunmalıdır:

“Bundan başqa, havada nəmişlik çoxdur. Yağışlar yağan zaman su ana süxurun üzərindəki ağır gil yatağına gedir. Nəticədə su həmin yerə çatan kimi gil yatağı sürüşkən olur və üzərində olan hər şey sürüşməyə başlayır. Sürüşmə olan ocaqlarda kafelər, evlər, restoranlar tikmək olmaz. Məsələn, Badamdar sürüşmə zonasında kanalizasiya sistemi yoxdur. Maraqlı məsələdir, orada olan evlərdən, kafelərdən axıdılan sular haraya gedir? Məhz bu səbəblərə görə həmin ərazilərdə sürüşmə baş verir”.

Məsələ ilə bağlı danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov isə bildirib ki, son vaxtlar təbiətə insan müdaxiləsi artıb və müdaxilələr də sürüşməyə səbəb olur:

“Torpaq sürüşməsinin əsas səbəbi yamacların kəsilməsi, evlərin normadan çox inşa olunması, kanalizasiya sisteminin olmamasıdır. Bütün bunlar sürüşməyə zəmin yaradır. Bundan başqa, bizim qədim sürüşmə ərazilərimiz var. Oradakı sürüşməyə həm təbii amillər, həm də insan amilləri təsir edir”.

Qeyd edək ki, bir müddətdir Bakının Badamdar və Zığ şossesində sürüşmə aktivləşib.

Tarix
2018.10.22 / 15:56
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla