Yuxarı

Külli miqdarda qanunsuz siqaret aşkarlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gömrükçülər külli miqdarda siqaretin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsi cəhdinin qarşısını alıblar.

DGK-dan Axar.az-a verilən məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsinin "Biləsuvar" gömrük postunda İran İslam Respublikasından gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Daevoo" markalı avtobus saxlanılıb və gömrük baxışı keçirilib.

Baxışdan öncə, sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.

Lakin kinoloji xidmət itinin tətbiqi ilə aparılan yoxlama zamanı, xidməti it avtobusun sürücü oturacağının ətrafına və mühərrik hissəsinə reaksiya verib. Bu səbəbdən avtobus təkrar yoxlanılıb.

Nəticədə, sürücü oturacağının sol tərəfində olan elektrik qoruyucuları lövhəsinin altında gömrük nəzarətindən gizlədilmiş 1600 ədəd "Mançester", avtobusun salonunda olan havalandırma sistemindəki boşluqlarda isə 4000 ədəd "Kent Nanotek 2.0" markalı siqaretlər aşkar edilib.

Daha sonra avtobusun mühərrik hissəsi yoxlanılarkən, burada da gömrük nəzarətindən gizlədilmiş 3600 ədəd "Kent Nanotek 2.0", avtobusun sağ hissəsində olan iki ədəd akkumulyatorun ətrafındakı boşluqlarda isə 600 ədəd "Forman" və 200 ədəd "Senator" markalı siqaretlər aşkar olunub.

Ümumilikdə, avtobusda 10.000 ədəd siqaret aşkara çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2018.10.22 / 16:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla