Yuxarı

Bakıda avtomobil oğruları saxlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhər sakini Abbas Cəfərov Xətai Rayon Polis İdarəsinə müraciət edərək ona məxsus “VAZ 2104” markalı avtomobilin naməlum şəraitdə qaçırıldığını bildirib. İdarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Masallı rayon sakini Samir Əsgərov və İsmayıllı rayon sakini Haldun Səfərəliyev saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, onların ətraflarında keçirilən əlavə əməliyyat tədbirləri ilə dəstə üzvlərinin “Opel” və “VAZ 2104” markalı daha iki avtomaşın qaçırdıqları, həmçinin ehtiyat hissələrinin satıldığı mağazalardan birindən 21 litr avtomobil yağı oğurladıqları da müəyyənləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat və istintaq tədbirləri davam etdirilir.

Bu şəxslərin digər cinayətlər törətmələri də istisna olunmur. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə DİN-in “102” - Zəng Mərkəzinə və ya Xətai Rayon Polis İdarəsinə müraciət edə bilərlər.

Tarix
2018.10.22 / 19:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla