Yuxarı

Məktəblərdə cinsi tərbiyə: ehtiyac var? - Psixoloq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi və “Ümidli Gələcək” Gənclər İctimai Birliyinin birgə səyi ilə həkim, metodist və müəllimlərdən ibarət yaradılmış işçi qrup tərəfindən “Ümumtəhsil məktəblərinin ümumi orta təhsil səviyyəsində reproduktiv sağlamlığın tədrisi üzrə metodik tövsiyə” layihəsi hazırlanıb.

Bu sözləri Təhsil Nazirliyi məktəblərdə cinsi tərbiyə dərsi tədris olunması ilə bağlı Axar.az-ın sorğusuna cavabında deyib. Bildirilib ki, hazırda vəsaitin yekun variantı üzərində son tamamlanma işləri həyata keçirilir. Vəsait tam hazırlanıb təsdiq olunduqdan sonra ümumtəhsil müəssisələrinin istifadəsinə veriləcək.

Psixoloq Vəfa Əkbər isə açıqlamasında əslində cinsi tərbiyənin uşaqlıqdan başladığını bildirib:

“Cinsi tərbiyə valideyn tərəfindən olmalıdır. Ən önəmli zaman kəsiyi 3 yaşdan, yəni uşağın öz cinsiyyətinin digər cinsiyyətdən fərqini öyrəndiyi dövrdən başlayır. Daha sonra yeniyetməlik vaxtı cinsi tərbiyənin verilməsi çox mühümdür. Bu yaşlarda uşaq öz cinsinin funksiyası barədə məlumat alır. Uşaqlar kiçik yaşlarında öz cinsinin fərqini öyrəndikdə, fizioloji dəyişimini bildikdə bir o qədər problem yaşamır. Əfsus ki, bizdə uşaqlara yanaşma fərqlidir. Onlara “ayıbdır” təlqin edilir. Bunu kütlə içində etdikdə uşaq ümumiyyətlə özünə qapanır. Ən pis halda isə uşaqlarda artıq cinsiyyətinə qarşı nifrətə gətirib çıxarır”.

Psixoloqun sözlərinə görə, xarici ölkədə azyaşlılara ilk olaraq valideynlər tərəfindən cinsi tərbiyə verilir:

“İnkişaf etmiş ölkələrdə valideynlər həssas dönəmlərdə uşaqlarla söhbətləşirlər. Poblem yaşandıqda mütləq şəkildə mütəxəssisə müraciət edirlər. Bəzən isə müəyyən yaş kateqoriyasında olan uşaqlara cinsi tərbiyənin verilməsi üçün məktəblər valideynlərlə birgə iş aparır. Bizdə isə bir çox hallarda valideynlər də məlumatsız olduqlarından, övladlarına cinsi tərbiyə verə bilmirlər. Belə olan halda əsas iş məktəblərin üzərinə düşür. Ona görə də məktəblərdə cinsi tərbiyə dərsləri mütləq şəkildə keçirilməlidir. Uşağa nəyisə qadağan etmək yox, öyrətmək lazımdır. Uşaqlar məlumatlı olsalar, özlərini istismardan qoruya bilərlər. Beləliklə, cəmiyyətdə uşaq cinsi istismarı, erkən nikahlar, zorlanma və s. halların sayı azalar”.

Qeyd edək ki, bu ildən məktəblərdə cinsi tərbiyə dərsinin tam tətbiqinə başlanacaq. Tədris vəsaitini "Biologiya" və "Həyat bilgisi" müəllimləri tədris edəcək. 6-cı sinifdən başlayaraq, tədris olunan reproduktiv sağlamlıq haqqında dərsə ümumilikdə 8 saat ayrılıb.

Tarix
2018.10.24 / 08:15
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla