Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 Noyabr 2018


Şəkli binalara vurulan qadın: İntihar həddindəyəm

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016-cı ilin dekabr ayında “ABC Telekom” şirkətindən qiyməti 504 manat olan telefonu 12 aylıq kreditlə götürmüşdüm və ayda 42 manat ödəməli idim.

Axar.az xəbər verir ki, bu sözləri Oxu.az-a müsahibəsində 1583 manat borcunun olduğu iddia edilərək, şəkli yaşayış binalarına yapışdırılan qadın deyib. O bildirib ki, telefon kreditini 3 ay ödəyə bilib:

“Üç ay ödəyəndən sonra yaxınlarımdan rəhmətə gedən oldu, başım oraya qarışdı. Daha sonra isə imkansızlıqdan pulu ödəyə bilmədim. Pulu ödəyə bilmədiyim tarixdən isə telefon bloklandı. O gündən bəri həmin telefon, sadəcə, aksesuar olaraq evdədir”.

Qadın müsahibə zamanı onu da qeyd edib ki, şəkli divarlara vurulmamışdan öncə ona borcunu ödəməsi ilə bağlı xəbərdarlıq edilib:

“Oktyabr ayının 19-u bir nəfər gəldi. Dedi ki, oktyabrın sonunadək 436 manat borcunuz var, onu gətirin, ödəyin. Mənim də buna imkanım olmadı. Dedim ki, noyabrın sonunadək 60 manat ödəniş edə bilərəm, onlar buna razı olmalıdılar. Bu gün isə mənim şəklimi hər tərəfə yapışdırıblar. Bu hərəkətə görə onları məhkəməyə verəcəyəm.

Hansı haqla mənim fotomu divarlara yapışdırıb, məni biabır ediblər? Üstəlik, üstümə şər-böhtan atıblar, həmin kağızda qeyd olunub ki, guya mənim 1583 manat borcum var. Halbuki mənə 436 manat borcum olduğu söylənilmişdi və məhkəmə qərarına əsasən, qətnamədə də belə qeyd olunub”.

Xanım baş verən hadisəyə görə intihar həddinə gəldiyini bildirərək, şirkəti məhkəməyə verəcəyini bildirib:

“İnsanlar məni belə tanımır. Bütün qonşular üstümə gəldi. Utandığımdan intihar etmək dərəcəsinə gəldim. Mənim başıma bir iş gəlsə, “ABC Telekom” nə cavab verəcəkdi?

Başa düşürəm, kredit götürülübsə, ödənməlidir. Amma götürəndə onu verə biləcəyimi düşünürdüm. Sadəcə, məndən asılı olmayan hadisələr baş verdi. İmkansızlıq yarandı deyə, krediti ödəyə bilmədim. Amma bu, ona dəlalət etmir ki, 436 manata görə mən camaatın içində biabır olum. Bu işin sonuna kimi gedəcəyəm. Məni millətin içində rüsvay ediblər, bunun cavabını verəcəklər”.

Qeyd edək ki, şirkət saytımıza açıqlamasında belə bir halın mümkün olmadığını, məsələ ilə bağlı araşdırma aparıldığını bildirib.

Tarix
2018.11.07 / 10:45
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Загрузка...
Digər xəbərlər

Şok: “Drakon”la direktor dalaşdı: aktyorun qolu sındı - Fotolar

“Nar” 4G şəbəkəsini genişləndirməkdə davam edir

Bakıda mənzil bazarında son durum...

Feysbuk və İnstaqram çökdü: Milyonlarla istifadəçi...

İlahiyyat İnstitutunun rektoru: İşimiz çox ağırdır

Kanalizasiyadan nələr çıxır? - “Azərsu” açıqladı

Şəkidə müəllim və şagirdlər zəhərləndi - AQTA-dan açıqlama

Usubov iki jurnalisti mükafatlandırdı - Foto

Binəqədidəki yanğına görə həbs edilən rəis azadlığa çıxdı

Gəncədə dəhşətli partlayış: ölənlərin sayı artdı - Video/23+

KULT
<>
Xəbər xətti
 
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla