Yuxarı

DOST üçün 25 vəzifə təlimatı hazırlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” (DOST) mərkəzləri üzrə çalışacaq əməkdaşlar üçün onların bilməli olduqları məsələləri, fəaliyyət istiqamətlərini, vəzifə öhdəliklərini, hüquqlarını, məsuliyyətini və s. əhatə edən 25 vəzifə təlimatı hazırlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Axar.az-a bildirilib ki, Bakıda yaradılacaq və ilkin mərhələdə Yasamal və Səbail rayonlarının əhalisinə xidmət göstərəcək ilk DOST mərkəzi üçün işçi heyətinin seçimi prosesi də aparılıb.

DOST mərkəzlərində dövlət sosial xidmətlərinin geniş bir hissəsinin (əmək və məşğulluq, sosial təminat növləri, əlillik, pensiya, sosial sığorta və s. üzrə xidmətlər) “bir pəncərə”dən operativ, sadələşdirilmiş prosedurlarla, şəffaf və sadələşdirilmiş proedurlarla, vətəndaş rahatlığı prinsipi əsasında təqdim olunması təmin olunacaq.

Eyni zamanda, mərkəzlərdə çalışacaq əməkdaşların fəaliyyətində əsas prinsip müraciət edən vətəndaşlarla mədəni, səmimi, onların məmnun qala biləcəyi nəzakətli davranış tərzinə malik olmaqdır. Vəzifə təlimatlarının hazırlanması və işçi heyətinin seçimində müvafiq bilgi və bacarıqlarla yanaşı, bu cəhətlərə də xüsusi diqqət yetirilir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxs yaradılması qərara alınıb.

Tarix
2018.11.07 / 13:06
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla