Yuxarı

FHN Akademiyasında bayram tədbiri – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 7 noyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının 9 noyabr-Dövlət Bayrağı Günü və 12 noyabr – Konstitusiya Günü münasibətilə bayram tədbiri keçirilib.

Axar.az xəbər verir ki, dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edən Akademiyanın rəisi general-mayor Pənah Süleymanov toplantı iştirakçılarını Dövlət Bayrağı Günü və Konstitusiya Günü münasibəti ilə təbrik edib. O, bildirib ki, Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən üçrəngli bayrağımızın dövlət atributu kimi qəbul olunması ilk dəfə 1990-cı il noyabr ayının 17-də ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında geniş müzakirə edilib. Həmin sessiyada Azərbaycan Xalq Cümhuriyyəti dövründə ucaldılmış üçrəngli bayrağın bərpası, Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olunması haqqında tarixi qərar çıxarılıb. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın dövlət atributlarını həmişə uca tutur. Ölkə başçısının 17 noyabr 2009-cu il tarixində Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında tarixi sərəncamı buna parlaq misaldır. Sərəncama əsasən, hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Sözünə davam edən P.Süleymanov qeyd etmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyası ulu öndər Heydər Əliyevin bilavasitə siyasi uzaqgörənliyi, dönməz iradəsi və gərgin əməyi nəticəsində mümkün olmuşdur. Konstitusiyamız ümumbəşəri ideyaları, ən qabaqcıl dünya təcrübəsinə əsaslanmaqla yanaşı özündə tarixi ənənələrimizi, Azərbaycan xalqının milli–mənəvi dəyərlərini əks etdirir. Ölkəmiz demokratik dövlət quruculuğu sahəsində iqtisadiyyatın və sosial–siyasi həyatın inkişafında taleyüklü dəyişikliklərə nail olub. Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və Azərbaycan xalqının maraqlarına xidmət edən sosial–siyasi sahədə Əsas Qanunda əksini tapmış müddəaların reallaşması nəticəsində ölkəmiz daha da qüdrətlənmiş, regionun aparıcı dövlətinə çevrilib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, professor Fəzail İbrahimli üçrəngli bayrağımızın yaranma və qəbulu tarixinə qısa nəzər salıb, müqəddəs simvolda əks olunan dəyərlərdən söz açıb, xalqda milli özünüdərk və müstəqillik ideyalarını, həmrəylik duyğularını gücləndirdiyini vurğulayıb.

Tədbirin sonunda Akademiyanın kursantları Dövlət Bayrağına həsr edilmiş şeirləri qiraət ediblər.

Tarix
2018.11.07 / 17:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla