Yuxarı

Bakıda redaksiyaya hücum edənlər tutuldu - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yeni Zaman” – "Novoye Vremya” qəzetlərinin ofisinin naməlum şəxslər tərəfindən qarət edilməsi faktının üstü açılıb.

Axar.az xəbər verir ki, bu barədə Real TV-yə qəzetin baş redaktoru Şakir Ağayev məlumat verib.

Hadisə oktyabrın 12-nə keçən gecə baş verib. Dərhal hadisə barədə Nərimanov rayon 16 saylı Polis Bölməsinə məlumat verilib, araşdırmalara başlanılıb. Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, qəzet ofisinin qarəti barədə Daxili İşlər naziri Ramil Usubovun adına məktub göndərilərək, ondan sözügedən işi şəxsi nəzarətinə götürməsini xahiş edib.

Noyabrın 3-də baş redaktora Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsindən zəng gəlib və hadisənin törədilməsində şübhəli bilinən üç nəfərin saxlanıldığı barədə məlumat verilib. Saxlanılan şəxslər hadisə yerinə gətiriliblər və müvafiq istintaq hərəkətləri aparılıb. Baş redaktorun sözlərinə görə, saxlanılan şəxslərin 14, 21 və 23 yaşı var.

Qeyd edək ki, qarət nəticəsində redaksiyaya 800 manatlıq ziyan dəyib.

Tarix
2018.11.07 / 23:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla