Yuxarı

Fuad Muradov İsveçdə: SAF-ın tədbirinə qatıldı – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçdə səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti İsveç Azərbaycan Birliyinin təşkil etdiyi tədbirə qatılıb.

Axar.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Komitə sədri Fuad Muradov İsveçə səfəri çərçivəsində keçirilən görüşlərdən və əldə edilən razılaşmalardan ətraflı danışıb, səfər çərçivəsində təsis konfransına da qatıldıqlarını bildirib. Koordinasiya Şurasının yaradıldığını və koordinatorların seçildiyini qeyd edərək, bununla da diasporun yeni eraya qədəm qoyaraq Skandinaviya regionundakı fəaliyyətinin daha aktiv və məqsədyönlü şəkildə həyata keçiriləcəyinə əminliyini vurğulayıb.

SAF - İsveç-Azərbaycan Birliyinin rəhbəri Sevda Dadaşova təşkilat fəalları ilə görüşə gəldiyi üçün nümayəndə heyətinə minnətdarlığını bildirərək, rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən, keçirdiyi tədbirlərdən və qarşısına qoyduğu məqsədlərdən söz açıb.

Diaspor fəaliyyəti ilə bağlı interaktiv müzakirələrlə keçən tədbir bədii hissə ilə davam etdirilib. Bədii hissədə uşaq musiqi-rəqs qrupu tərəfindən Azərbaycan milli rəqslərinin ifası böyük marağa səbəb olub.

Sonda Dövlət Komitəsi tərəfindən SAF təşkilatının uşaq musiqi-rəqs qrupuna hədiyyələr təqdim edilib.

Tarix
2018.11.08 / 00:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla