Yuxarı

Bakı metrosu üçün dizel stansiyaları qurulur - Fasiləsiz enerji

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı metrosunu qidalandıran elektrik yarımstansiyalarında dizel elektrik stansiyaları qurulur.

Axar.az xəbər verir ki, bu barədə jurnalistlərə Bakı Metropoliteni QSC-nin İstismar üzrə baş mühəndisi Əlixan Osmanov metro işçilərinin peşə bayramı münasibəti ilə keçirilən tədbirdə məlumat verib.

Onun sözlərinə görə, hətta qatarların hərəkəti belə məhdud formada mümkün olacaq: “Layihəyə uyğun olaraq, Bakı metropoliteninin "Bənövşəyi xətti"nin Bakı metrosunu qidalandıran elektrik yarımstansiyalarında dizel elektrik stansiyaları qurulur. Belə ki, paytaxtın enerji təchizatında kəsinti olan zaman həmin dizel elektrik stansiyaları metropolitenin bütün fəaliyyətini təmin edə biləcək. O ki qaldı bu gün işləyən "Qırmız xətt" və Yaşıl xətt"ə bu xətlərlə bağlı məsələni biz iki mərhələdə həll etmişik. I mərhələdə fövqəladə vəziyyət üçün kifayət qədər böyük gücə malik olan iki dizel elektrik stansiyası almışıq. Bunların vəzifəsi ondan ibarət olacaq ki, uzun müddət elektrik enerjisi verilişində fasilə yaranarsa, subasmanın qarşısını alsın. Belə ki, onlar səyyar formada olacaq və hansı anbarlarda su yığılıb maksimum həddə çatsa, gedib oradan suyu xaric edə biləcək”.

Ə.Osmanov deyib ki, “Azərişıq” ASC ilə danışıqlar aparılıb, işlərin nəticəsi olaraq dövlət tərəfindən pulun birinci hissəsi artıq ayrılıb və dizel elektrik stansiyası malları alınıb: “Azərişıq” ASC-nin 10 yarımstansiyasında dizel elektrik stansiyası qurulur. Elektrik enerjisi kəsildiyi anda həmin dizellər avtomatik işə düşəcək və eyni kabellə metroya elektrik enerjisi ötürüləcək. Bu da metroda işıqlandırma sistemini, ventilyasiyanı, eskalatorları, suvurma nasoslarının işini tam təmin edəcək. Bundan başqa, qatarların hərəkətini də məhdud formada davam etməyə imkan verəcək”, - baş mühəndis açıqlayıb.

Tarix
2018.11.08 / 19:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla