Yuxarı

DTX-nin yeni kitabxanası açıldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 8-də Dövlət Bayrağı Günü ərəfəsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzinin nəzdində yaradılmış yeni kitabxananın açılışı olub.

Axar.az xəbər verir ki, açılış mərasimində Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev, DTX-nin əməkdaşları, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının, Azərbaycan Milli Ensiklopediyasının rəhbərliyi və nümayəndələri, eləcə də respublikanın tanınmış ictimai və incəsənət xadimləri iştirak ediblər.

Məlumat verilib ki, cəmiyyətin maarifləndirilməsi, gənclərin vətənpərvərlik və dövlətçilik ruhunda yetişdirilməsi istiqamətində kitabxanaçılıq işi böyük əhəmiyyət kəsb edir. Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu bu siyasət hazırda onun layiqli varisi Prezident İlham Əliyev tərəfindən davam etdirilir və zənginləşdirilir. Dövlətimizin başçısının müdrik rəhbərliyi ilə həyata keçirilən müasirləşmə və yeniləşmə siyasətinin prioritet istiqamətlərindən olan elm və təhsilin daha da inkişaf etdirilməsi, ümumən yüksək intellektli insan kapitalının yaradılması üçün misilsiz işlər görülür. Bu sahədə fəaliyyətin səmərəli və düzgün təşkili məqsədilə cəmiyyətdə mütaliəyə marağın artırılmasına, yeni kitab mərkəzlərinin və kitabxanaların yaradılmasına xüsusi önəm verilir. Elmi-mədəni quruculuq sahəsində dövlət maraqlarının təmin olunmasında yaxından iştirak edən DTX-nin Mədəniyyət Mərkəzində geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş müasir tələblərə cavab verən kitabxana da məhz bu məqsədlə yaradılıb.

Kitabxanada ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitablar, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyi, Azərbaycan Milli Ensiklopediyası, həmçinin siyasət, hüquq, iqtisadiyyat, mədəniyyət, elm və digər sahələrə aid ümumilikdə beş mindən çox kitab yer alıb. Bu nəşrlərin əksəriyyəti Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasından, AMEA-nın Mərkəzi Elmi Kitabxanasından, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasından, paytaxtda fəaliyyət göstərən digər kitabxanalardan və nəşriyyatlardan hədiyyə edilib. Burada elektron kitabxana da fəaliyyət göstərir.

Sonra tədbir iştirakçıları sərgi salonunda DTX-nin Mədəniyyət Mərkəzinin rəssamlıq dərnəyində fəaliyyət göstərən uşaqların bayraq mövzusuna dair rəsmlərindən ibarət sərgi ilə tanış olublar. Sərginin iştirakçısı olan uşaqlara həvəsləndirici sertifikatlar verilib.

Tədbir bədii proqramla davam etdirilib. DTX-nin Mədəniyyət Mərkəzinin ansamblı və digər yaradıcı kollektivlər, tanınmış incəsənət xadimləri, rəqs qrupları dövlətçiliyi və dövlət bayrağını tərənnüm edən rəngarəng musiqi nömrələri və mahnılar, o cümlədən Azərbaycanın görkəmli bəstəkarlarının zəngin irsindən nümunələr təqdim ediblər. Eləcə də DTX-nin əməkdaşlarının övladlarının hazırladıqları kompozisiyalar nümayiş olunub.

DTX-nin Mədəniyyət Mərkəzinin kollektivi tərəfindən yüksək səviyyədə hazırlanan bədii proqram sürəkli alqışlarla qarşılanıb.

Tarix
2018.11.08 / 22:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki...

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

Bayramov Özbəkistan prezidenti ilə görüşdü

Əziz Mariya, müttəfiq belə olur - Melkonyan

İran-İsrail savaşının Bakıya təsiri... - Cəfərsoy

Tokayevin Paşinyana mühüm təklifi var - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla