Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 Noyabr 2018


Xeyli miqdarda aksiz markasız spirtli içki aşkarlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyatlar şöbəsinə VAZ-21074 markalı avtomobildə aksiz markasız spirtli içkilərin olduğu barədə məlumat daxil olub.

DGK-dan Axar.az-a verilən məlumata görə, nəqliyyat vasitəsi Gəncə şəhəri istiqamətinə hərəkət edərkən gömrükçülər tərəfindən saxlanılıb. Avtomobilin yük yerinə və salonuna ilkin baxış keçirilən zaman orada sellofan torbalarda spirtli içkilər olduğu müəyyən edilib. Ətraflı baxış keçirilməsi üçün avtomobil Qərb Ərazi Baş Gömrük İdarəsinə gətirilib.

Yoxlama zamanı avtomobilin yük yerində sellofan torbaların içərisində üzərində aksiz markası olmayan, 1 litrlik ölçülərdə 44 ədəd "Nemirovskaya", 12 ədəd "Nemiroff (Wheat)", 8 ədəd "Nemiroff (Birch)", 4 ədəd "Nemiroff (Honey Pepper)", 7 ədəd "Xlibniy Dar", 4 ədəd "Royal Park", 4 ədəd "Claymore", 4 ədəd "MacArthurs", 4 ədəd "Black Ram", 2 ədəd "King Robert", 2 ədəd "JoAN Barr", 2 ədəd "Heaven/Hill", 2 ədəd "Ballantines", 0.5 litrlik ölçülərdə 2 ədəd "Jagermeister", 7 ədəd "Nemiroff (original)", 200 ml litrlik ölçülərdə 6 ədəd "Black Ram", 6 ədəd "Red Label", 3 litrlik ölçülərdə 2 ədəd "Kindzmarauli", 5 litrlik ölçülərdə isə 2 ədəd "Kindzmarauli" adlı spirtli içkilər aşkarlanıb.

Faktla bağla araşdırma aparılır.

Tarix
2018.11.10 / 15:40
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Ramiz Mehdiyev Patruşevlə görüşdü - Foto

Sabiq nazir vəfat etdi

Azərbaycanda qızıl ucuzlaşdı

SOCAR bu ölkədə neft və qaz sərgisində - Foto

“Bakcell” "ASAN Məktub"dan təşəkkürnamə aldı - Foto

Azərbaycanda bu bələdiyyələrin adı dəyişdirilir – Siyahı

Sabirabadda torpaq sahibləri birləşib… - Nazirlik

Yük maşınlarının Bakıya gecə “hücumu”… - Şərh

Deputat daha dörd ölkənin fəalları ilə bir arada - Foto

Nazirdən aktyorun direktoru döyməsinə - Reaksiya

KULT
<>
Xəbər xətti
 
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla