Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 Noyabr 2018


Zamirə Hacıyeva: Məni tək buraxın! - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniya KİV-i Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın həbsdən buraxılması haqqında reportaj hazırlayıb. London Ali Məhkəməsinin qərarı ilə 500 min funt sterlinq məbləğində zaminliklə azadlığa çıxan Zamirə Hacıyeva gecə saatlarında polis şöbəsindən evə qayıdıb.

Axar.az Real TV-yə istinadla xəbər verir ki, 2019-cu ilin iyununadək Zamirə Hacıyevanın Azərbaycana ekstradisiyası məsələsinə baxılacaq. Bu müddətə qədər bankir arvadı ev dustaqlığında olacaq. Zamirə Hacıyeva elektron qolbaqla gəzməyə, axşam və gecə saatlarında küçəyə çıxmamağa məcburdur. Bundan başqa, o, hər gün polis şöbəsində qeydiyyayyata düşməlidir. Zamirə Hacıyevanın pasportu da polisdə qalacaq.

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva İngiltərənin paytaxtı Londonda saxlanılmışdı. 55 yaşlı Z.Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində həbs olunub. Bu sərəncama əsasən, o, var-dövlətini hansı mənbədən əldə etdiyini açıqlamalıdır.

“İzahedilməz Sərvət Sərəncamı” ilə bağlı hər şey 2018-ci ilin yanvarından başlayıb. O vaxt Britaniya hakimiyyəti izahedilməz sərvətlə bağlı sərəncam vermək hüququ əldə etmişdi. Bu, hüquq-mühafizə orqanlarına şübhəli aktivlərə həbs qoymaq səlahiyyəti verirdi. Həmin aktivlərin sahibləri onları əldə etmək üçün pulu haradan aldıqlarını izah etməlidirlər. Hökumət bəyan edib ki, sərəncam çərçivəsində 50 min funt sterlinqi keçən şübhəli aktivlərə həbs qoya bilərlər.

Qeyd edək ki, Londonda bir evin dəyəri 50 min funt sterlinqdən aşağı deyil. Bununla belə, yeni qaydalardan yalnız qanunsuz yolla külli miqdarda vəsait əldə etmiş, vaxtilə yüksək vəzifə tutmuş və ölkələrində barələrində cinayət işi başlanmış şəxslər və onların ailə üzvləri narahat olmalıdırlar.

London polisinin məlumatına görə, Böyük Britaniyada hər il cinayət yolu ilə əldə edilmiş 100 milyard funt sterlinq yuyulur. Bu vəsaitlə Londonda daşınmaz əmlak və şirkətlər alınır.

Zamirə Hacıyevanın Azərbaycana ekstradisiyası məsələsinə ən geci gələn ilin iyununadək baxılmalıdır. Bu prosedur beynəlxalq konvensiyalara əsasən həyata keçirilir.

Bankir arvadının üzərinə həbs qoyulmuş əmlakının Azərbaycana qaytarılması məsələsi də gündəmdədir. Millət vəkili Fərəc Quliyev bu barədə Milli Məclisdə də məsələ qaldırıb.

Hüquqşünas Emil Aslanov da hesab edir ki, Zamirə Hacıyevanın əmlakının cinayət yolu ilə əldə edildiyi isbatlansa, vəsaitlər Azərbaycana qaytarıla bilər.

Qeyd edək ki, Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva bankirin həbsindən 1 il öncə ölkədən gedib. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib, axtarış elan olunub.

Tarix
2018.11.10 / 20:47
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Şok: “Drakon”la direktor dalaşdı: aktyorun qolu sındı - Fotolar

“Nar” 4G şəbəkəsini genişləndirməkdə davam edir

Bakıda mənzil bazarında son durum...

Feysbuk və İnstaqram çökdü: Milyonlarla istifadəçi...

İlahiyyat İnstitutunun rektoru: İşimiz çox ağırdır

Kanalizasiyadan nələr çıxır? - “Azərsu” açıqladı

Şəkidə müəllim və şagirdlər zəhərləndi - AQTA-dan açıqlama

Usubov iki jurnalisti mükafatlandırdı - Foto

Binəqədidəki yanğına görə həbs edilən rəis azadlığa çıxdı

Gəncədə dəhşətli partlayış: ölənlərin sayı artdı - Video/23+

KULT
<>
Xəbər xətti
 
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla