Yuxarı

“Axar.az”ın müdaxiləsindən sonra bankla razılaşdılar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhər sakini Sədaqət Novruzovanın evini girov qoyaraq saxta sənədlərlə adına kredit götürüldüyü və nəticədə ailə faciəsi ilə üzləşdiyi barədə xəbər vermişdik.

Yazıda qeyd olunurdu ku, S.Novruzovanın dayısı Asif İsgəndərov ondan sui-istifadə edərək Nərimanov rayon Sabit Rəhman küçəsi 29,2 ünvanında yerləşən mənzilini girov qoyub 40 min manat kredit götürüb. Sonradan isə krediti ödəməkdən imtina edib. Mübahisələr məhkəmələrdə araşdırsa da, A.İsgəndərov borcunu ödəməyib. Çarəsiz qalan ailə "Axar.az"a üz tutub. Məsələ mediada yayıldıqdan sonra S.Novruzova krediti götürdükləri "Nikoylbank"la razılığa gələ bilib.

Bu barədə açıqlama verən S.Novruzova bildirib ki, bankla aparılan danışıqlar nəticəsində pulun bir hissəsini ödəməklə evin sənədlərini geri almağa müvəffəq olub. Belə ki, əvvəllər həmin vətəndaş kreditin 31 min 500 manatını ödəyib. İndi isə 16 min 500 manat ödəyərək evi girovluqdan azad edib. Bankla razılaşmaya əsasən, S.Novruzova əlavə faizləri ödəməkdən azad edilib.

Xatırladaq ki, dayı tərəfindən aldadılan S.Novruzova məcburuyyət qarşısında qalaraq 2009-cu ilin aprel ayına qədər ümumilikdə borcun 31 min 500 manatını özü ödəyib. Lakin bir necə aydan sonra S.Novruzova da imkansız olduğunu deyərək dayısından verdiyi sözə əməl etməsini istəyib. Lakin A.İsgəndərovu krediti qaytarmağa məcbur edə bilməyiblər. 2012-ci ildə məhkəmə qaydasında borcun ödənməsini təmin etmək qərarına gəliblər: "Sonra biz dayımı məhkəməyə verib məhkəmə qaydasında borcu tanıtdıq. Lakin o borcu ödəməkdən imtina etdi. A.İsgəndərov məhkəmə qərarını icra etmədiyinə görə Nizami rayon Məhkəməsinin hökmü ilə 1 il müddətinə azadlıqdan məhrum edilib".

Tarix
2013.12.03 / 20:52
Müəllif
Fərqanə Vəkilova
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla