Yuxarı

Sabahın havası: güclü yağış, qar, sel... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:10

Azərbaycanda noyabrın 13-ə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 7-9, gündüz 11-13 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu, nisbi rütubət 85-95 faiz olacaq.

Azərbaycanın rayonlarında noyabrın 13-də bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Lənkəran-Astara zonasında intensiv olacağı ehtimalı var. Gündüz bəzi rayonlarda yağışda fasilə olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-9, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, noyabrın 13-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişli olsa da, havada rütubətin bir qədər çox olması bəzi insanlarda narahatlıq hissi yarada bilər.

Milli Hidrometeorologiya Departamenti xəbərdarlıq edir ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti noyabrın 15-dək davam edəcək. Bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Lənkəran-Astara zonasında intensiv olacağı ehtimalı var. Lənkəran-Astara zonasının bəzi çaylarında sululuğun artacağı, qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Tarix
2018.11.12 / 17:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla