Yuxarı

AXC-nin qurulmasında mətbuat mühüm rol oynadı - Sədr

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ictimaiyyətlə əlaqələr bölməsinin sədri Elməddin Behbud Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və BDU-nun Jurnalistika fakültəsinin birgə təşkilatçılığı ilə yaradılan “Gənc jurnalistlər” Klubunda “Tədrisdən təcrübəyə” layihəsi çərçivəsində tələbələrlə görüşüb.

Kult.az xəbər verir ki, E.Behbud görüşdə Xalq Cümhuriyyətinin qurulması və 70 ildən sonra müstəqilliyin bərpası zamanı mətbuatın maarifləndirici missiya daşıyaraq, proseslərin müsbət sonluqla nəticələnməsinə böyük töhfələr verdiyindən söz açıb. O bildirib ki, XIX əsrin son onilliklərində təşəkkül tapan maarifçilik hərəkatı məhz mütəfəkkir düşüncəli yazarların qəzetlərdə cahilliyə, əsarətə qarşı yazıları ilə geniş insan kütlələrinə təsir edə bildi:

“Bu davamlı maarifçilik hərəkatı, qələm mübarizəsi 1918-ci ildə müsəlman Şərqində ilk demokratik Cümhuriyyətin Azərbaycanda qurulmasına gətirib çıxardı. Bu, jurnalistikanın ən böyük xidmətidir. Mətbuat həmçinin dövlətçiliyin inkişafı naminə bütün sahələrdə başlanan islahatların təbliğatçısına çevrildi. SSRİ dağılandan sonra Azərbaycanın müstəqilliyini bərpa etməsində xalqın genetik yaddaşı mühüm rol oynadı. Tarixi gerçəkliklərin unudulmadan bu günümüzə gəlib çatmasında, insanlarda müstəqil dövlətə sahiblənmək arzusunun yaranmasında jurnalistlərin əməyi danılmazdır”.

E.Behbud müasir mətbuatın üzərində senzuranın olmadığını, KİV-in tam müstəqil fəaliyyət göstərdiyini diqqətə çatdıraraq, Ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman barəsində də danışıb.

Tədbirdə Klub üzvləri fikirlərini bildirib, qonağa suallar ünvanlayıblar. Görüş dialoq şəklində davam etdirilib.

Tarix
2018.11.12 / 15:52
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla