Yuxarı

Polislərin xidmət vaxtı telefondan istifadə etməsi… - Əsədov

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yol polisi əməkdaşlarının xidmət zamanı mobil telefondan istifadə etməsi qanunazidd deyil.

Bunu Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, xidmətdə olan zaman Dövlət Yol Polisi əməkdaşları mobil telefondan lazım olan informasiyaların ötürülməsi üçün istifadə edirlər.

Bölmə rəisinin sözlərinə görə, inspektorlar bəzən bir-birilərinə informasiyanı mobil telefon vasitəsilə çatdırırlar və bu da qeyri-qanuni hal deyil:

“Bəzən vətəndaş elə hesab edir ki, yol polisi əməkdaşı xidmətdə olan zaman mobil telefondan istifadə edə bilməz. Ancaq elə hallar olur ki, danışıq vaxt aparır və ona görə də radiocihazın xəttini məşğul etməmək üçün inspektorlar mobil telefondan istifadə edirlər”.

Tarix
2018.11.12 / 17:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla