Yuxarı

Bakının iki küçəsində təhlükəsiz hərəkət üçün işlərə başlanıldı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Nəqliyyat Agentliyi (BNA) Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində nəqliyyatın normal axınına maneə yaradan halların aradan qaldırılması işlərinə başlayıb.

Axar.az BNA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, qurumun (BNA) mütəxəssislərinin hazırladığı layihəyə əsasən, Həsənoğlu küçəsindən qərb və şərq istiqaməti üzrə cib şəkilli xüsusi soladönmə zolağı təşkil ediləcək və sola dönən nəqliyyat vasitələrinin hərəkəti kanallaşdırılacaq.

“Bununla yanaşı, Təbriz küçəsində piyada keçidinin təşkili də nəzərdə tutulub.

Layihənin reallaşması ilə Həsənoğlu-Təbriz küçələrində nəqliyyat ləngimələrinin aradan qalxması, yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin artırılması, piyadaların rahatlığının təmin edilməsi mümkün olacaq.

Xatırladaq ki, Həsənoğlu küçəsindən Təbriz küçəsi istiqamətində yolun iki hərəkət zolağından ibarət olması və sol zolağın sola dönən nəqliyyat vasitələri tərəfindən zəbt edilməsi, sola dönən və düzünə hərəkət edən nəqliyyat vasitələrinin svetoforun eyni fazasında hərəkət etmələri qeyd edilən yolayrıcında günün pik saatlarında sıxlığın yaranmasına səbəb olur. Eyni zamanda, Təbriz küçəsində piyada keçidinin olmaması piyadaların təhlükəsiz hərəkətinə imkan vermir”, - deyə məlumatda qeyd olunub.

Tarix
2018.11.12 / 19:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla