Yuxarı

Rusiyanın bu aeroportlarına azərbaycanlıların adları verilir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Tümen vilayətinin aeroportlarına iki azərbaycanlının adları verilə bilər. Novıy Urenqoy aeroportuna Sabit Orucov, Nijnevartovsk və Surqut hava limanlarından birinə Fərman Salmanovun adlarının verilməsi təklif olunub.

Axar.az xəbər verir ki, Rusiya hava limanlarına dahi rusiyalıların adlarının verilməsinə dair əhali arasında keçirilən sorğu başa çatıb. Tümen vilayətində aeroportlara digər tanınmış şəxslərlə yanaşı, Azərbaycan və Rusiya geoloqu, Sibir neft və qaz yataqlarını kəşf etmiş Fərman Salmanov və keçmiş SSRİ-nin qaz sənayesi naziri olmuş Sabit Orucovun adlarının verilməsi təklif olunub. Sorğunun nəticələrinə görə, tərtib edilmiş siyahıya əsasən, Fərman Salmanovun adı iki siyahıya - vilayətin Nijnevartovsk və Surqut, Sabit Orucovun adı isə Novıy Urenqoy hava limanlarında adları əbədiləşdiriləcək tanınmış şəxslərin sırasına daxil edilib.

Namizədlər siyahısına Xantı-Mansiysk Muxtar Dairəsinin keçmiş qubernatoru Aleksandr Filippenko, kimyaçı alim Dmitri Mendeleyev, tanınmış neftçi Viktor Muravlenko və başqaları da daxildir.

Xatırladaq ki, Rusiyada aeroportlara dahi rusiyalıların adlarının verilməsinə dair layihə həyata keçirilir. Layihə çərçivəsində ümummilli müsabiqə elan edilib. Noyabrın 12-dək davam etmiş sosioloji sorğu nəticəsində hər aeroport üçün üç namizəd seçilib. Noyabrın 30-dək ölkə əhalisi internet vasitəsilə səs verəcək. Bir Rusiya vətəndaşının yalnız bir aeroportun bir namizədinə səs vermək imkanı var. Səsvermənin nəticələri dekabrın 5-də elan olunacaq.

Tarix
2018.11.12 / 20:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla