Yuxarı

Ukrayna mediasında Azərbaycanla bağlı məqalə - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın “versii.com” portalında Azərbaycanda 12 noyabr - Konstitusiya Gününə həsr olunan məqalə yerləşdirilib.

Axar.az xəbər verir ki, məqalənin müəllifi həmvətənimiz, hüquq elmləri doktoru, Milli Aviasiya Universitetinin beynəlxalq hüquq kafedrasının professoru, Ukraynanın Əməkdar təhsil işçisi Arif Quliyevdir.

Məqalədə müstəqilliyin ilk illərində respublikamızda bütün sahələrdə xaosun, tənəzzülün yaşandığı dövrdə xalqın tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin ölkəmizi dinamik inkişaf yoluna çıxarmasından söhbət açılıb. Qeyd olunub ki, Ulu Öndərin misilsiz xidmətləri sayəsində bütün sahələrdə sürətli inkişaf yoluna qədəm qoyan müstəqil Azərbaycanın ilk Konstitusiyası 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edildi.

Diqqətə çatdırılıb ki, yeni Konstitusiyanın qəbulu Azərbaycan xalqının həyatında baş verən fundamental dəyişikliklərlə bağlı olub. Dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın qarşısında duran vacib vəzifələrdən biri Azərbaycanın gələcək inkişafının əsas istiqamətlərini müəyyənləşdirmək üçün zəruri tədbirlərin həyata keçirilməsi idi. Ölkənin gələcək inkişafının konseptual əsasları və başlıca prinsiplərini əks etdirən yeni qanuna ehtiyac yaranmışdı.

Yazıda vurğulanıb ki, yeni Konstitusiya demokratik, dünyəvi, hüquqi dövlətin təməlini qoydu. Məhz bu konstitusiyanın qəbulu ilə ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması üçün möhkəm hüquqi baza formalaşdırıldı. Konstitusiyanın qəbul edilməsi təkcə yeni ictimai sistemin hüquqi cəhətdən tanınmasını təsdiq edən fakt deyil, eyni zamanda, Azərbaycan Respublikasının inkişafının keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir. Azərbaycanın Konstitusiyası müasir mədəni cəmiyyətlərin inkişaf istiqamətlərini müəyyənləşdirən mütərəqqi fikir və dəyərləri geniş şəkildə əks etdirir.

Tarix
2018.11.12 / 21:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

Prezident Xankəndi ilə bağlı mühüm faktları açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla