Yuxarı

AQTA əməkdaşları cinayət məsuliyyətinə cəlb edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkə rəhbərliyi tərəfindən həyata keçirilən islahatlar dalğasının növbəti mərhələsi kimi qida sahəsində fəaliyyət göstərən hər bir sahibkarlıq subyektinin prosesdə iştirakını təmin etməklə, onların öz fəaliyyətlərini müasir tələblərə uyğun şəkildə həyata keçirmələri üçün hərtərəfli dəstək göstərməkdədir.

Bu barədə Axar.az-a AQTA-dan məlumat verilib. Bildirilib ki, Agentlik fəaliyyətə başladığı ilk gündən etibarən qida sahəsində müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə mütəmadi olaraq görüşlər keçirir, sahibkarları narahat edən problemlər öyrənilir və onların həlli birgə müzakirə olunur. Bu görüşlərin həyata keçirilməsində əsas məqsədlərdən biri də bu sahədə şəffaflığın təmin olunması, korrupsiya hallarına qarşı birgə mübarizə və neqativ halların aradan qaldırılmasıdır. Bununla əlaqədar Agentliyin rəhbərliyi tərəfindən dəfələrlə media vasitəsi ilə çağırışlar olmuş, qanunazidd hərəkətlər edən agentlik əməkdaşları və agentliyin adından istifadə edən şəxslərlə bağlı 1003 “Qaynar xətti”nə dərhal məlumatların verilməsi xahiş edilib.

Bu istiqamətdə hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları ilə birlikdə həyata keçirilən silsilə tədbirlər nəticəsində, Agentliyin yerlərdə fəaliyyət göstərən bir sıra əməkdaşları ilə yanaşı, qanunsuz fəaliyyətlə məşğul olan onlarla şəxs ifşa edilib və hüquq-mühafizə orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi bəyan edir ki, əhalinin sağlam və təhlükəsiz qidalanması, rifahının təmin olunması istiqamətində dövlətimizin başçısı tərəfindən qarşıya qoyulmuş tapşırıqların qüsursuz olaraq yerinə yetirilməsi üçün bundan sonra da aidiyyəti orqanlarla birlikdə qətiyyətli addımlar atılacaq və neqativ, pozucu fəaliyyətlə məşğul olan şəxslərin qanunun ən sərt üzü ilə rastlaşması üçün zəruri tədbirlər görüləcək.

“Qida təhlükəsizliyi” anlayışının və fəaliyyət sahəsinin ölkəmizdə yeni formalaşdığını, eyni zamanda əhalinin sağlamlığının təmin olunmasında daha həssas və strateji əhəmiyyətə malik olduğunu nəzərə alaraq, Agentlik prosesdə iştirak edən bütün tərəfləri, sahibkarları, istehlakçıları və aidiyyəti dövlət orqanlarını öz funksyalarına uyğun olaraq fəaliyyətlərini daha da gücləndirməyə, iş adamlarını, vətəndaşları sosial məsuliyyətdən irəli gələn əsil vətəndaş mövqeyi ortaya qoymaqla, hər hansı neqativ hallarla bağlı dərhal Qida Təhlükəsizliyi Agentliyin “1003 Qaynar xətti”nə və hüquq-mühafizə orqanlarına məlumat verməyə çağırır.

Tarix
2018.11.13 / 16:52
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

Ermənistanla sərhəddə ilk dirək quraşdırıldı - Foto

Prezidentdən 4 kənd açıqlaması: Müharibədən dərhal sonra...

Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla