Yuxarı

Millət vəkilindən çağırış: Metroda boğulan insanlar...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz qlobal problemlərin həlli ilə bağlı məsələlərə daha çox diqqət ayırmalıyıq. Hesab edirəm ki, uşaq pulu, şəhidlərin “qan pulu”, tıxac, mənzil dələduzluğu, sayğaclarda limit saxtakarlığı, sökülən evlər və obyektlərlə bağlı kompensasiyaların ödənilməsi ilə bağlı problemlərin həlli yolları tapılmalıdır.

Axar.az xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirələri zamanı çıxış edən millət vəkili Fazil Mustafa deyib.

Deputat xatırladıb ki, Azərbaycanın iqtisadi inkişafı nəticələrini göstərir, valyuta ehtiyatlarımız 46 milyard dollardan çoxdur:

“Biz bu vəsaitlərin doğru xərclənməsinin yollarını tapa bilsək, israfçılığa yol verməsək, problemləri həll etmiş olarıq. Biz ölkəmizdəki uşaqların sağlam böyüməsini təmin etməliyik. Başqa ölkələrdə artımın az və ya çox olmasının bizə aidiyyatı olmamalıdır. Biz ölkəmizdə olan uşaqların sağlam böyüməsini ona görə təmin etməliyik ki, gələcək də DSMF-dən asılı olmasın. İndidən uşaqların sağlamlığına diqqət yetirməli, ərzaq və qida məsələlərini həll etməliyik. Əgər buna hökumət vəsait tapmırsa, bunu natural yolla da həll etmək olar”.

Fazil Mustafa bildirib ki, ailələrin 63 faizində nə atanın, nə də ananın rəsmi gəliri var:

“Belə olan halda, bunun sıxıntısını uşaq çəkə bilməz. Eyni qaydada da şəhidlərin pulu ilə bağlı son vaxtlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi çox gərgin və müsbət addımlar atır”.

Fazil Mustafa Bakı metrosunda baş verən problemlərdən də danışıb:

“Tez-tez Azərbaycanda metroda sıxıntı çəkən insanlar havalanma problemindən də əziyyət çəkirlər. Problemin həllini 1 milyon insan metroda havasızlıqdan boğulandan sonra həll edəcəklər? Bu nəqliyyat növü varsa, həllini də tapmalıdır”.

Tarix
2018.11.14 / 14:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla