Yuxarı

Nazirdən pensiya açıqlaması: İlin sonuna qədər...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazrliyinin Maliyyə Nazirliyi ilə əldə etdiyi razılığa əsasən, bu ilin sonuna qədər mövcud əmək pensiyaları daxilində dövlət öhdəliklərinin dəqiq müəyyən edilməsi işləri yekunlaşdırılacaq.

Report xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Dövlət Sosial Müdafiə Fondunun gələnilki büdcəsinin Milli Məclisin plenar iclasındakı müzakirəsi zamanı bildirib.

“Bundan sonra hər il dövlət büdcəsindən DSMF-yə nə qədər vəsaitin ayrılması müəyyən ediləcək. Digər təminatlar isə Fondun sosial sığorta prinsiplərini tam şəkildə tətbiq etməsi hesabına mümkün olacaq” , - deyə nazir qeyd edib.

Onun sözlərinə görə, pensiya xərclərinin iki istiqaməti üzrə dövlət büdcəsinin öhdəlikləri müəyyən edilib: “Birinci istiqamət, 1992-ci ilə qədər əmək pensiyaçılarının iş stajı, ikinci istiqamət isə əmək pensiyalarının əlavələrdir. Hər iki istiqamət üzrə dövlət büdcəsindən maliyyələşdirilmənin tam təmin edilməsi sığorta təminatı sisteminin inkişaf etdirilməsinə və sosial sığorta sisteminin potensialının tam gücləndirilməsinə imkan verəcək. Bu öhdəliyin müəyyənləşdirilməsi üçün 1992-ci ilin yanvarın 1-nə qədər qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləğin müəyyən edilməsi və eyni zamanda "Əmək pensiyaları haqqında" qanunun 19-cu və 20-cu maddələrində nəzərdə tutulan əmək pensiyalarına əlavələrin məbləğinin dəqiq müəyyən edilməsi üçün Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Maliyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçilərindən ibarət komissiya yaradılıb. Komissiya Bakının Xəzər və Xətai rayonlarında uçotda olan pensiyaçıların işlərini tam araşdırıb, dövlət büdcəsi öhdəliyinin müəyyən olunması üzrə rəqəmləri müəyyən edilib. Eyni zamanda Lerik və Qax rayonlarında da bu işlər aparılmaqdadır”.

Tarix
2018.11.14 / 14:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla