Yuxarı

Tarixi yanlış qeyd olunan “pryanik” satışa çıxarıldı – AQTA

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sosial şəbəkədə üzərində tarixi yanlış qeyd olunan “pryanik”in satışı ilə bağlı məsələyə münasibət bildirib.

AQTA-dan Report-a verilən məlumata görə, “Yeyinti məhsulları haqqında” qanunun 11-ci maddəsinə əsasən, yeyinti məhsullarının istehsalçıları istehsal etdikləri məhsulları texniki reqlamentlərin və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun qablaşdırmalı və etiketləməlidir.

Agentliyin cavabında bildirilib ki, etiketdə məhsulun adı, növü və tərkibi, miqdarı (çəkisi), qida dəyərliliyi, istifadə sahəsi və qaydaları, istehsal tarixi və yararlılıq müddəti, saxlanma şərtləri, istehsalçının adı, ünvanı və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarda tələb olunan digər məlumatlar əks olunmalıdır:

“Hər bir istehsalçı bu məlumatların düzgün və dolğun olmasına görə məsuliyyət daşıyır. Məhsulun köhnə olması ilə bağlı bidiririk ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun 16-cı maddəsinə əsasən, növbədənkənar yoxlama insanların həyat və ya sağlamlığına, ətraf mühitə, dövlətin əmlak maraqlarına birbaşa təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi məlumatlar daxil olduqda aparılır. Odur ki, sözügedən mövzuda faktlara əsaslanan müraciət daxil olduqda Agentlik tərəfindən qanunvericiliyə uyğun tədbirlər görüləcək”.

Tarix
2018.11.14 / 17:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla