Yuxarı

Bu şəxslərin təqaüdü artırıla bilər – MM-də müzakirə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar Əmək və Əhalinin Sosial Müdafiəsi naziri S.Babayevin rəhbərliyi altında təşkilatın həyata keçirdiyi islahatların və cəmiyyətin həssas təbəqələrinə qurumun yanaşma və iş üsullarını, təqdim etdikləri yeni proqram və layihələri, özəlliklə ölkənin Birinci vitse-prezidenti M.Əliyevanın dəstəyi ilə hazırlanan və yaxın zamanlarda fəaliyyətə başlayacaq “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” – DOST xidmətini dəstəkləyirik və inanırıq ki, görülən işlər əhalinin, özəlliklə çətin vəziyyətdə olan hissəsi, əlillərin, işsizlərin həyatında müsbət rol oynayacaq.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva Milli Məclisin bu gün keçirilən iclasında “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" qanun layihəsinin müzakirələri zamanı çıxışında deyib. Millət vəkili cəmiyyətin həssas təbəqəsi olan fiziki imkanları məhdud insanların xahiş və təkliflərini də MM-də səsləndirib və hökumətdən bu məsələlərə də diqqət yetirilməsini xahiş edib:

“Məlum olduğu kimi, 1-ci qrup əlillərə verilən müavinətin məbləği aşağıdır və əlillərin aldığı vəsait onların ehtiyaclarını qarşılaya bilmir. Ona görə də yaxşı olardı ki, 1-ci qrup əlillərə verilən müavinət və təqaüd birlikdə qaldırılsın. 1-ci qrup əlillər ağır xəstəliklərdən əziyyət çəkən insanlardır, iş imkanları yoxdur. Bütün bunları nəzərə alaraq, 1-ci qrup əlillərə verilən müavinətlərin artırılmasına ciddi ehtiyac var”.

Q.Paşayeva fiziki imkanları məhdud on səkkiz yaşına çatmayan əlil uşaqların aldığı müavinətin də aşağı olması barədə danışıb və onun qaldırılmasının vacibliyini vurğulayıb:

“Bu uşaqların ehtiyaclarını, sağlamlığı, təhsili, təlimi və s. istiqamətlərı də nəzərə alsaq, ailələrin üzərinə düşən çətinlikləri görə bilərik. Onların gündəlik ehtiyacları ilə yanaşı, dərmanlarının alınması, müalicəsi və s. kimi ehtiyacları böyükdür və aldıqları müavinət onları qarşılamaq üçün çox azdır. Ailələrin bu məsələ ilə üzləşdiyi çətinlikləri nəzərə alaraq bu müavinətlərin artırılmasına böyük ehtiyac var”.

Millət vəkili əlillərin ödənişli ali təhsildən azad edilməsi, onların təhsil haqqının dövlət vəsaiti hesabına ödənilməsi təklifi ilə çıxış edib:

“Bu adamların sayı azdır. Onlar ali məktəblərə ödənişli əsaslarla daxil olarkən yaxşı olar ki, onların təhsil haqqını dövlət ödəsin. Çünki onların əksəriyyəti üçün bu vəsaiti ödəmək çox çətindir”.

Millət vəkili Qarabağ müharibəsi veteranlarına pensiyaya çıxdıqdan sonra onlara verilən veteran müavinətinin azaldılmasının doğru olmadığı barədə Qarabağ müharibəsi veteranlarının fikirlərini də səsləndirib və onların bu məsələyə baxılması və pensiyaya çıxdıqdan sonra onlara verilən veteran müavinətinin azalmaması ilə bağlı təklif və xahişlərinə baxılmasını hökumətdən xahiş edib.

Q.Paşayeva sahibkarlar tərəfindən hüquqları pozulan və əmək müqaviləsi olmadan işləyən işçilərin hüquqları məsələsinə də toxunub və bildirib ki, əmək və əhalinin sosial müdafiəsi naziri bu sahədə də ciddi addımlar atacağına inanır:

“Bu gün özəl sektorda əmək müqaviləsi olmadan çalışan və ya əmək haqları əmək müqaviləsində az göstərilən insanların sayı az deyil. Sabah bu insanlar pensiyaya çıxanda necə olacaq? Eyni zamanda əmək müqaviləsi olmadan çalışan işçilərin sahibkarlar tərəfindən işdən çıxarıldığı zaman öz əmək hüquqlarını müdafiə etmə məsələsi də çox vacibdir və bu məsələyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha da böyük diqqət göstərməlidir”.

Tarix
2018.11.14 / 22:33
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla