Yuxarı

Azərbaycanın Fransadakı dostları Bakıda – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 14-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkəmizə səfərə gəlmiş Fransadakı Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel, Assosiasiyanın baş katibi, Paris-Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva və təşkilatın digər üzvləri ilə görüşüb.

Axar.az xəbər verir ki, R.Rzayev Azərbaycanın Dostları Assosiasiyasının nümayəndə heyəti ilə bu ilin mayında keçirdiyi görüşü məmnunluqla xatırlayaraq, onun dəvətini qəbul edib yenidən Bakıya gəldiklərinə görə qonaqlara təşəkkürünü çatdırıb. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində yaranmış humanitar fəlakətin fəsadlarının aradan qaldırılması, öz tarixi torpaqlarından didərgin düşən 1 milyondan çox qaçqın və məcburi köçkünün sosial problemlərinin həll edilməsi üçün dövlətimizin gördüyü tədbirlər haqqında ətraflı söhbət açılıb.

Qeyd olunub ki, Prezident İlham Əliyevin sosial siyasətində bu məsələ prioritet istiqamətlərdəndir. Hələ də ağır şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərlə ilk növbədə təmin edilməsi isə Birinci vitse-prezident xanım Mehriban Əliyevanın xüsusi nəzarətindədir və bu məqsədlə yaşayış kompleksləri inşa edilir.

Eyni zamanda, qaçqınların və məcburi köçkünlərin öz yerlərinə qayıtması üçün Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasının vacibliyi vurğulanıb, bununla bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, digər beynəlxalq təşkilatların qəbul etdiyi qərarların indiyədək yerinə yetirilməməsinin ciddi narahatlıq doğurduğu bildirilib.

Azərbaycan dövlətinin işğaldan azad ediləcək ərazilərdə bərpa-quruculuq işlərinə hazır olduğunu diqqətə çatdıran komitə sədri 2016-cı ilin aprelində ordumuzun apardığı əks-hücum əməliyyatı nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin dinc həyata qovuşduğunu, yerli sakinlərin geri qayıtmasına hər cür şərait yaradıldığını və onların kənddə inşa edilmiş evlərdə yerləşdirildiyini, məşğulluq məsələlərinin həlli üçün tədbirlər görüldüyünü xatırladıb.

Vurğulanıb ki, Ermənistanın ərazi iddiası və işğalçılıq siyasəti barədə beynəlxalq ictimaiyyətin davamlı olaraq məlumatlandırılması və Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi vacibdir. Bu istiqamətdə Fransada Azərbaycanın Dostları Assosiasiyasının üzvlərinin də fəallığı mühüm əhəmiyyət kəsb edir.

Bildirilib ki, ATƏT-in Minsk qrupunun həmsədri və Avropa birliyinin əsas ölkələrindən biri kimi Fransanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində ədalətli həllində fəal iştirakına böyük ümid bəslənilir.

Assosiasiyanın prezidenti Jan-Fransua Mansel Bakıda və Cocuq Mərcanlıda məcburi köçkünlərlə görüşəcəklərini və onların taleyi barədə həqiqətləri Fransada ictimailəşdirəcəklərini bildirib. O qeyd edib ki, dünya ictimaiyyətinin münaqişə qurbanlarının taleyinə biganə qalması yolverilməzdir.

Görüşdən sonra nümayəndə heyəti Yasamal rayonunda məcburi köçkünlərin müəqqəti məskunlaşdığı yataqxanada və Abşeron rayonunun Masazır qəsəbəsi ərazisindəki yaşayış kompleksində vəziyyətlə tanış olub.

Tarix
2018.11.14 / 22:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla