Yuxarı

Metropolitendən Fazil Mustafaya cavab

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əsas sərnişin kütləsinin istifadə etdiyi iki xəttin – Yaşıl və Qırmızı xətlərinin stansiyaları 5 vaqonluq qatarlar üçün nəzərdə tutulub. Bu səbəbdən vaqonların sayının artırılması mümkün deyil. Eyni zamanda vaqonların kondisionerləşdirilməsi də praktik cəhətdən qeyri-mümkündür.

Bu sözləri Axar.az-a Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deputat Fazil Mustafanın Milli Məclisdə büdcə müzakirələri zamanı metroda havalandırma sistemindəki problemlərlə bağlı dediklərinə aydınlıq gətirərkən bildirib.

Metropoliten sözçüsü bildirib ki, metroda havalandırma sistemi ilə bağlı davamlı olaraq iş aparılır, yeniliklər edilir, monitorinqlər keçirilir:

“Metroplitendə havalandırma sistemi ilə bağlı kifayət qədər irimiqyaslı işlər görülür. İstismar müddətini başa vurmuş ventilyatorların dəyişdirilməsi prosesi davamlı olaraq aparılır. Ən mühüm məsələ isə ventilyatorlarən iş qrafiki ilə bağlı bu il tətbiq olunmuş yenilikdir. Yəni əvvəl il ərzində iki dəfə qrafik dəyişirdi: yaz-yay və payız-qışda. İndi isə artıq fəsli prinsipə keçilib. Yəni hər fəslin öz qrafiki var.

Hər günün mikroiqlim şəraiti öyrənilir. Bu, həm gələcəkdə hər fəslə görə ventilyatorların iş rejimini daha səmərəli etmək, həm də lazım gələrsə, qrafikdə müəyyən yeniliklər etmək üçündür. Bu ilin nəticəsi də yay dövrü üçün bəzi stansiyalarda temperatur göstəricilərinin nisbətən enməsidir. Ancaq bu davamlı olaraq öyrənilən bir məsələ olacaq”.

B.Məmmədov bildirib ki, Metropolitenin özünün mikroiqlim laboratoriyası var və həmin laboratoriyanın maddi texniki bazası müasir standartlar səviyyəsinə çatdırılıb:

“Bu, monitorinqlərin keyfiyyətlə aparılaraq doğru nəticələr əldə edilməsinə kömək edir. Hər stansiyanın 15-20 nöqtəsində ölçmələr aparılır, arxivləşdirilir, müqayisəli təhlil edilir. Məsələn, bəzi ölçmələri deyim - oksigenin və müxtəlif qazların, rütubətin, hava axınının və surətinin öyrənilməsi, hərarət göstəriciləri və sair aspeklərdə yoxlamalar aparılır.

Bu bizə imkan verir ki, təbii və məcburi hava axınını düzgün istiqamətləndirək, havalandırma qurğularının imkanlarından konstruktiv istifadə edək.

Bundan başqa, təbii hava axını sirkulyasiyası da öyrənilir və bu imkanlara da artıq ciddi yanaşılmaqla tədbirlərin görülməsinə başlanılıb. Bu sistemin avtomatlaşdırılması və sair ilə bağlı müasir tələblər öyrənilir və bu istiqamətdə addımlar atılır”.

Qeyd edək ki, millət vəkili Fazil Mustafa Milli Məclisdə büdcə müzakirəsi zamanı Bakı metrosunda baş verən problemlərdən danışıb. Deputat bildirib ki, Azərbaycanda metroda insanlar havalanma problemindən əziyyət çəkir.

Tarix
2018.11.15 / 09:58
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla