Yuxarı

Pensiya yaşı aşağı salınır? - Nazir açıqladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndi bütün ölkələrdə pensiya yaşı artırılır. Yəni, pensiya yaşını azaldan yoxdur. Artıq Avropa ölkələrində pensiya yaşı 67-69-a qaldırılıb.

Axar.az xəbər verir ki, bu sözləri Modern.az-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. Nazir bildirib ki, normalda pensiya müddəti 12 il olmalıdır:

“Bu gün Azərbaycanda qadınların həyat dövrü 78 yaşdır. 78 yaş olduğuna görə, 65 yaşda pensiyaya çıxdıqda 13 il pensiya ala bilirlər. Ona görə də bu, normaldır. Bunu azaltmağa və ya artırmağa ehtiyac yoxdur.

Pensiya məbləğinin artımı isə onunla bağlıdır ki, bu gün işləyənlər daha çox pul versinlər ki, onların pensiyası arta bilsin. Bu gün yığdığımız pul nəyə kifayət edirsə, hamısı pensiyaya yönləndirilir. Əgər işləyənlər 26 faiz yox, 50 faiz versə, pensiyalar iki dəfə artacaq”.

Xatırladaq ki, ötən gün Milli Məclisdəki büdcə müzakirləri zamanı pensiya yaşı ciddi müzakirə mövzusu olmuşdu. Deputat Vahid Əhmədov hökumətə çağırış edərək, pensiya yaşını 65-dən aşağı salmağa çağırmışdı.

Tarix
2018.11.15 / 10:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla