Yuxarı

Metropoliten izah verdi – Deputat lətifə yazdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Fazil Mustafa Metropolitenlə bağlı bildirdiyi iradlara QSC-dən verilən cavablara münasibət bildirib.

Axar.az xəbər verir ki, deputat qurumun mətbuat xidmətinin iradlara həssaslığını müsbət qiymətləndirib. Millət vəkili qurumun onun iradlarına verdiyi cavabı lətifə ilə şərh edib:

“Milli Məclisdə metrodakı havasızlıqla bağlı çıxışıma Bakı Metropolitenindən dərhal bir açıqlama gəldi. Ancaq bu cavabdan metrodakı durumun mən düşündüyümdən də vahim olduğu üzə çıxır. Burada bir lətifəni xatırladım. Demək, bir nəfər ruhi xəstə evə - anasına məktub yazır ki, burada bizdə sağ-salamatçılıqdır, hər gün xəstəxananın həyətindəki hovuzda yoldaşlarımla çimirik. Baş həkim söz verib ki, özünüzü yaxşı aparsanız, hovuza su da buraxacağıq.

Sanki əhaliyə deyirlər ki, metroda bir az da havasız qalın, özünüzü yaxşı aparsanız, hava ilə də təmin edəcəyik. Yanlış anlamamışam?”

Tarix
2018.11.15 / 10:57
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla