Yuxarı

Prezident Gəray Fərhadovu işdən azad etdi - Yeni təyinat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:57

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində (Qaçqınkom) yüksək vəzifələrə təyinatlar olub.

Dövlət Komitəsinin Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev Report-a açıqlamasında məlumatı təsdiqləyib.

Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadovun vəzifədən azad olunması haqqında müvafiq sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Sabir Əhmədov Dövlət Komitəsinin sədr müavini təyin olunub. O, bu təyinata qədər Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsində çalışıb.

Bundan başqa, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurasının iclası keçirilib. İclasda qəbul olunan qərara əsasən Milli Məclisin deputatı Mahir Abbaszadə Fondun direktoru təyin edilib.

Tarix
2018.11.15 / 14:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əskiparaya gedən yol bağlandı: bu gün qaytarılır?

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

Paşinyan KTMT ilə bağlı qəti qərarını elan etdi

Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla