Yuxarı

İmişli ASAN Xidmət mərkəzi fəaliyyətə başladı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan İmişli ASAN Xidmət mərkəzi fəaliyyətə başlayıb.

Bu barədə Axar.az-a açıqlamasında agentliyin mətbuat katibi Elnur Niftəliyev qeyd edib. O bildirib ki, mərkəzin bu gün açılmasına baxmayaraq, kifayət qədər vətəndaşa xidmət göstərilib:

“İmişli ASAN Xidmət mərkəzi İmişli, Saatlı, Biləsuvar, Beyləqan, Zərdab və Füzuli rayonlarında qeydiyyatda olan 624 mindən çox vətəndaşa xidmət göstərəcək. Hazırda ölkə ərazisində 15 ASAN Xidmət mərkəzi mövcuddur. Onlardan 5-i paytaxt Bakıda, 10-u isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Quba, Masallı, Mingəçevir, İmişli və Şəkidə yerləşir. 2019-cu ildə daha 5 ASAN Xidmət mərkəzi fəaliyyətə başlayacaq. Bununla da ASAN Xidmət mərkəzlərinin sayı 20-ə çatdırılacaq və respublikanı əhatə etmiş olacaq”.

E.Niftəliyev bildirib ki, artıq səyyar ASAN Xidmətlərə bu günədək 1 milyon 500 mindən artıq vətəndaş müraciət edib. Ümumilikdə isə ASAN Xidmətə müraciət edən vətəndaşların sayı 25 milyonu keçib.

Tarix
2018.11.16 / 18:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla