Yuxarı

FHN Şirvanda təlim keçdi - Fotolar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi noyabrın 15-16-da Şirvan şəhərində, Şirvan və Cənub İstilik Elektrik stansiyalarının ərazisində “Fövqəladə hallar zamanı Fövqəladə Hallar Nazirliyinin qurumlarının qarşılıqlı fəaliyyətinin təşkili” mövzusunda taktiki-xüsusi təlim keçirib. Təlimdə Fövqəladə Hallar Nazirliyinin qurumlarının, regionda yerləşən struktur bölmələrinin, habelə aidiyyəti yerli icra hakimiyyəti orqanlarının qüvvələri iştirak edib.

Axar.az xəbər verir ki, təlimin keçirilməsində məqsəd fövqəladə hallar zamanı fəaliyyət üzrə əməliyyat və qarşılıqlı fəaliyyət planlarının reallığının yoxlanılması, komandir-rəis heyətinin fövqəladə hal nəticəsində yaranmış vəziyyətin qiymətləndirilməsi, təkliflərin hazırlanması, müvafiq qərarların qəbul edilməsi, idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili sahələrində təcrübələrinin daha da artırılması, şəxsi heyətin icra hakimiyyəti orqanlarının qüvvələri ilə birgə fəaliyyətdə xilasetmə, yanğınsöndürmə, eləcədə nəqliyyat və texnogen qəzaların nəticələrinin aradan qaldırılması sahələrində fəaliyyətinin təkmilləşdirilməsindən ibarət olub.

Əvvəlcə təlim rəhbəri Fövqəladə Hallar Nazirinin müavini, general-leytenant Etibar Mirzəyev təlimdən öncə keçirilən iclasda tapşırıqlarını verib, daha sonra təlimə başlanılıb.

Şərti olaraq noyabrın 15-də saat 09:00-da episentri Şirvan şəhərindən 25 kilometr şimal-şərqdə 6,8 bal gücündə zəlzələ baş verib. Zəlzələnin gücü Şirvan və Cənub İstilik Elektrik stansiyalarının ərazisində 6,5 bal gücündə qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinə daxil olmuş ilkin məlumatlara əsasən, Şirvan İstilik Elektrik Stansiyasının yanacaq nəqliyyat sahəsində 5000 tonluq çənlərinə gedən yanacaq borularında baş vermiş qəza yanğına səbəb olub. Yanğının güclənərək 20 min tonluq çənlərə keçmə təhlükəsi yaranıb. Yanğının baş verməsi nəticəsində yaranmış qatı tüstü səbəbindən görmə şəraiti məhdudlaşıb, xilasetmə əməliyyatlarının həyata keçirilməsində çətinliklər yaranıb. Qəza nəticəsində ərazilərin neft məhsulları ilə çirklənmə təhlükəsi olduğu bildirilir. Hacıqəhramanlı qəsəbəsində əhali arasında zəhərlənənlərin olduğu xəbəri verilir.

Təlimin planına uyğun olaraq birinci mərhələdə şərti olaraq baş vermiş təbii fəlakət nəticəsində yaranmış vəziyyətin qiymətləndirilməsi, əhalinin fövqəladə hadisə və davranış qaydaları barədə məlumatlandırılması, növbətçi qüvvələr cəlb edilməklə hadisəyə çevik reaksiya verilməsinin təşkili, əsas qüvvə və vasitələrin hazır vəziyyətə gətirilməsi, kəşfiyyat, axtarış-xilasetmə, idarəetmə və qarşılıqlı fəaliyyətin, kimyəvi və yanğın-partlayış təhlükəli obyektlərdə baş vermiş qəzalar, avtomobil və dəmir yol nəqliyyatı qəzaları zamanı insanların xilas edilməsinin təşkili üzrə tədbirlərin yerinə yetirilməsi, ikinci mərhələdə zərərçəkənlərin ilkin həyat təminatının təşkili, obyektlərin və yol infrastrukturunun normal iş şəraitinə qaytarılması sahəsində tədbirlərin həyata keçirilməsi əməliyyatları uğurla yerinə yetirilib. Həmçinin Hacıqəhramanlı qəsəbəsinin 500 sakini hadisə rayonunda təhlükəsiz ərazilərdə quraşdırılmış çadır şəhərciyinə köçürülüb.

Təlimdə FHN-in 300 nəfərlik şəxsi heyəti, 52 avtomobil, 4 qayıq, 1 helikopter və 1 ədəd “BE-200 ÇS” amfibiya təyyarəsi, həmçinin rayon mülki müdafiə qüvvələrinin (ərazi xilasetmə qüvvələri) 150 nəfər şəxsi heyəti və 36 texnikası, habelə Azərbaycan Dəmir Yolları QSC-nin Hacıqabul və Salyan yanğından mühafizə qatarları da iştirak edib.

Tarix
2018.11.16 / 18:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla