Yuxarı

Məleykə Abbaszadədən şagird və valideynlərə - Müraciət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 11-ci sinif şagirdləri və onların valideynlərinə müraciət edib.

Report xəbər verir ki, sədr jurnalistlərə açıqlamasında yeni növ imtahanlarla bağlı DİM-in rəsmi saytından, "Abituriyent" jurnalından və qurumun sosial şəbəkəsindən məlumat almağı məsləhət görüb.

"Yeni növ imtahanlar iştirakçılar üçün yeni olmayacaq. Onlar 11 ildir ki, yeni tədris mühitində işləyirlər. Yeni növ imtahanların keçirilməsi 11 il bundan əvvəl qəbul olunan qərarın nəticəsidir", - M.Abbaszadə əlavə edib.

M.Abbaszdə əvvəlki illərin məzunlarının yeni növ imtahanlarda iştirakı məsələsinə də aydınlıq gətirib: "Hər il imtahanların əsas tərkib hissəsini həmin ilin məzunları təşkil edir. İştirakçıların 60 faizdən çoxu, müəyyən illərdə 70 faizə qədəri həmin ilin məzunları olur. Əvvəlki illərin məzunları bu prosesə qatılmaq istəyirsə, həmin ilin tələblərinə uyğunlaşmalıdırlar. Onlar həm birinci mərhələdə (buraxılış imtahanı), həm də ikinci mərhələdə (qəbul imtahanı) iştirak etməlidirlər. Elə məzunlar var ki, onlar qabiliyyət tələb edən və ya orta ixtisas məktəblərinə, kolleclərə sənəd verirlər. Onlar üçün birinci mərhələdə iştirak etmək kifayətdir. Həmin ballarla qabiliyyət tələb edən ixtisaslar sənəd verir və ya orta ixtisas müəssisələrinə qəbul oluna bilərlər".

Tarix
2018.11.17 / 15:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla