Yuxarı

Nazir: Bu şəxslərə 11 mini niyə almayacaqları izah edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İllər öncə şəhid hərbi qulluqçulara görə sığorta ödənişi ilə təmin edildiklərinə görə yenidən birfəfəluk ödəmə almaq hüququna malik olmayan kiçik bir qrup da var.

Axar.az xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bu gün keçirdiyi mətbuat konfransında deyib.

“Həmin insanlar indiyə qədər heç zaman sığorta ödənişi almadıqları iddiası ilə narazılıq edirdilər. Onlar nazirlikdə rəhbər şəxslər tərəfindən qəbul olunub, şikayətlərinə baxılıb. Həmin şəxslərə vaxtı ilə ödəniş aldıqlarına dair təsdiqedici sənədlər bir daha təqdim olunub”.

Sahil Babayev eyni zamanda Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı proqramının icrası ilə bağlı da məlumat verib:

“Cari ilin avqust ayında Qaradağ rayonunda bu təbəqədən olan insanlara cənab Prezidentin də iştirakı ilə 35 mənzil təqdim olundu. İlin sonuna kimi şəhid ailələri və müharibə əlilləri üçün Qaradağ rayonunda 200, Zabrat qəsəbəsində 95, Mehdiabad qəsəbəsində 72 və Müşfiqabad qəsəbəsində 24 mənzil satın alınacaq. İmişlidə 54, Şamaxıda 36 mənzilin inşası başa çatdırılacaq".

Nazirin sözlərinə görə, ilin sonuna qədər bu kateqoriyadan olan insanlara ümumilikdə 583 mənzil və fərdi ev veriləcək”.

Tarix
2018.11.17 / 17:44
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

Ermənistanla sərhəddə ilk dirək quraşdırıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla