Yuxarı

Gürcü nazir azərbaycanlı qadınlardan danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət naziri Ketevan Sixelaşvili noyabrın 17-də Marneuli şəhərində Marneuli, Bolnisi və Dmanisidə yaşayan, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən azərbaycanlı qadınlarla görüşüb.

Axar.az xəbər verir ki, nazirliyin Kvemo Kartli bölgəsi üzrə müşaviri Ayaz Məmmədov Azərtac-a açıqlamasında görüşdə bələdiyyələrdə və ictimai həyatın müxtəlif sahələrində çalışan qadınların dövlət nazirinə və onun müavininə bölgələrdə mövcud problemlər barədə ətraflı məlumat verdiyini deyib.

Ketevan Sixelaşvili görüş iştirakçılarına vətəndaş cəmiyyətində fəal iştirak etdikləri üçün təşəkkür edib. Qaldırılan məsələlərin araşdırılacağını və onların həllinə çalışacaqlarını bildirib. Qeyd edib ki, azərbaycanlılar Gürcüstanın ictimai-siyasi həyatında fəal rol oynayırlar. Müxtəlif sahələrdə çalışan azərbaycanlı qadınlar da bölgənin inkişafına kömək edirlər. Onların bu fəallığı qürurvericidir.

“Bu, bir daha bizim tarixi Vətənimizin inkişafı naminə birliyimizi sübut edir”, - deyə K.Sixelaşvili vurğulayıb.

Tarix
2018.11.17 / 21:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla