Yuxarı

Dövlət Komitəsinin rəhbərliyi Nyu Yorkda - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Amerika Sefardlar (İspaniya yəhudiləri) Federasiyasının İdarə Heyətinin prezidenti David Dangoor ilə görüşüb.

Dövlət Komitəsindən Axar.az-a verilən məlumata görə, görüşdə David Dangoor rəhbərlik etdiyi Federasiyanın fəaliyyəti, həyata keçirdiyi layihələr və perspektivlər barədə məlumat verilib. Eyni zamanda Federasiya üzvləri işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfər təəssüratlarını da nümayəndə heyəti ilə bölüşüb.

Azərbaycan və onun diasporu haqqında məlumat verən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov gələcək perspektivlər barədə fikirlərini bildirib. Qarşılıqlı səmimi şəraitdə keçən görüşdə gələcək əməkdaşlıq istiqamətləri, Azərbaycanda və Amerikada ortaq layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib.

Daha sonra nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və soydaşlarımızın təşkilatçılığı ilə keçirilən “Florida Keys” Gənc istedadlar üçün beynəlxalq musiqi müsabiqəsinin qala konsertinə qatılıblar. Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və BMT yanında daimi nümayəndə Yaşar Əliyev də konsertdə iştirak ediblər.

Tədbirdə çıxış edən Komitə sədri Fuad Muradov belə müsabiqələrin mədəni irsimizin təbliği baxımından əhəmiyyətini vurğulayıb. Dünya xalqlarının mədəni inteqrasiyası, mədəni dəyərləri bölüşməsi baxımından belə tədbirlərinin zəruri olduğu bildirilib.

Konsertdə müxtəlif millətləri təmsil edən uşaqların, o cümlədən azərbaycanlı balacaların da ifaları səslənib.

Tarix
2018.11.19 / 18:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində...

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla