Yuxarı

İlahiyyat İnstitutunun rektoru: İşimiz çox ağırdır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün “Mənəvi dəyərlərin təbliğində dini təhsil amili” mövzusunda konfrans keçirilib.

Axar.az xəbər verir ki, konfransda çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov Azərbaycanda bu gün dinə yanaşmanın homofob düşüncəyə çevrildiyini deyib.

“Bəziləri dini məsxərə obyekti kimi görür. Dinin mahiyyətini başa düşmədən ona məsxərə ilə yanaşmaq düzgün deyil və bu halları görmək insanı məyus edir. Bir çox hallarda isə cəmiyyətdə müəyyən fərdlərin cahilliyini də birbaşa dinlə bağlayırlar. Belə insanlar Avropada baş verən inkişafı məhz onların dindən uzaqlaşması ilə bağlayaraq yanlış düşüncə yaradırlar. Bu cür yanaşma düzgün deyil. Tarixdən də bəllidir ki, din alimləri bir çox elmi yeniliklərə töhfə veriblər. Biz ümid edirik ki, dinə qərəzli yanaşma sona çatacaq, onun mahiyyətinə düzgün varılacaq. Din insanın mənəvi zənginliyidir”.

Daha sonra çıxış edən Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov Azərbaycanda dini təhsil: reallıqlar və perspektivlər barədə danışıb:

“Bizim əsas məqsədimiz dini dərindən öyrənən, mahiyyətinə varan, eyni zamanda dünyəvi elmlərdən anlayışlı ilahiyyatçılar yetişdirməkdir. İlahiyyatçı olmaq yalnız dini öyrənmək demək deyil. Gəlin baxaq, bu gün rus, ingilis və digər dilləri bilib, dini həqiqətləri o dillərdə dünyaya çatdıracaq neçə ilahiyyatçı var?! Bu ciddi bir problemdir. Bu nöqtədə bizim işimiz çox ağırdır. Biz həm dinini mənimsəyən, həm də onu müdafiə etməyi bacaran ilahiyyatçılar yetişdirməliyik. Çünki bu gün din ən çox məsxərə obyekti olan mövzuya çevrilib. Bu, düzgün deyil, ona görə də dinin mahiyyəti düzgün çatdırılmalıdır.

Digər ən önəmli problemlərdən biri də, ilahiyyatçıların işlə təmin olunmasıdır. Bu gün ilahiyyatçıların üzləşdiyi əsas problemlərdən biri də məhz işsizlikdir. Biz bu problemin aradan qaldırılması istiqamətində əlimizdən gələni edirik”.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev isə dinin ilk baxışdan fikir bildirəcək bir mövzu olmadığını, onu araşdırmaq, anlamaq, daha sonra fikir bildirmək lazım olduğunu bildirib.

Bundan sonra, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov “Dini təhsildə dini ədəbiyyatın rolu”, Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi, “Məşədi Dadaş” məscidinin imamı Şahin Həsənli “Dini təhsilin keyfiyyət məsələsi”, Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, sosiologiya üzrə fəlsəfə doktoru Asəf Qənbərov “Dünya təcrübəsində müxtəlif din təhsil modelləri” mövzularında dinləyicilərə məlumat çatdırıblar.

Tarix
2018.11.20 / 17:29
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Bakı yenidən özünün olanı geri qaytarır - Solonnikov

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla