Yuxarı

“Nar” 4G şəbəkəsini genişləndirməkdə davam edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkənin ən gənc mobil operatoru olan “Nar” yüksək keyfiyyətli 4G şəbəkəsini bütün ölkə ərazisində artırmağa davam edir. Hazırda “Nar” ölkədə ən geniş 4G şəbəkələrindən birinə malikdir. Aparılan şəbəkə işlərinin nəticəsi olaraq 45-dən çox bölgə mərkəzləri “Nar” 4G şəbəkəsi ilə əhatə olunub.

Axar.az xəbər verir ki, “Nar” il ərzində 680-dən çox 4G, 150-dən çox 3G texnologiyası ilə təmin olunmuş mobil baza stansiyasını istifadəyə verib. Təkmilləşdirmə işlərinin nəticəsi olaraq hazırda ölkə ərazisində 4G baza stansiyalarının sayı 1600, 3G baza stansiyalarının sayı isə 2600-ü ötüb. 4G və 3G baza stansiyalarının sayını sürətlə artıran “Nar” Azərbaycanın ən ucqar kəndlərini belə mobil rabitə xidmətləri ilə təmin etməkdədir. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97 faizini əhatə edir və 7300-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksək keyfiyyətli xidmət göstərir. 4G keyfiyyəti ilə yanaşı, “Nar”ın təklif etdiyi sərfəli qiymətlər abunəçilərin mobil internetdən daha çox istifadəsinə şərait yaradır.

Mobil operatorun şəbəkəsi haqqında ətraflı məlumatı “nar.az” saytından əldə etmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 2007-ci il martın 21-də fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib.

Tarix
2018.11.20 / 21:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla