Yuxarı

Azərbaycanda 7 min zəlzələ oldu - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il ərzində ölkə ərazisində 7 minə yaxın zəlzələ olub. Zəlzələlər Azərbaycanın müxtəlif ərazilərində quraşdırılan 35 seysmotelemetrik stansiyalar vasitəsi ilə qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlinin sözlərinə görə, qeydə alınan 7 minə yaxın zəlzələdən 4 minə yaxını Azərbaycan və ona bitişik ərazilər, 3 minə yaxını isə uzaq zəlzələlərdir. Ötən il ən güclü zəlzələlər şimal-qərb və cənub bölgələrində baş verib.

Şamaxı-İsmayıllı, Quba-Qusar, Şəki-Zaqatala-Balakən Gəncəbasar zonaları, eləcə də Naxçıvan Muxtar Respublikası seysmik aktiv zonalardır. Qurban Yetirmişli deyir ki, ən zəif zəlzələlər əsasən Kür çökəkliyi ətrafında baş verib.

Qurum rəsmisi həmçinin onu da bildirib ki, ötən illə müqayisədə bu il ölkə ərazisində baş verən zəlzələlrin sayı azalıb. Araşdırma zamanı o da məlum olub ki, süni zəlzələlər daha çox qızıl yataqları olan ərazilərdə, Daşkəsən və Naxçıvan Muxtar Respublikasının İranla sərhəd olan hissəsində baş verir.

Tarix
2018.12.04 / 23:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan-Qırğızıstan sənədləri imzalanır

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

Xocalıda məxfi xəritələr aşkarlandı - Video

5 gündür susan Makron barmaqlamağa başladı...

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

Bakı İrəvanı ağıllandırır: simvolik günlərdən biri də silinir

Japarovun rəsmi qarşılanma mərasimi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla