Yuxarı

“Koka-Kola” nazirlik işçilərini Sulutəpəyə dəvət etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq ekoloji standartlara uyğun texnoloji proseslərlə tanışlıq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri “Koka-Kola” şirkətinin dəvəti ilə müəssisədə olublar.

Nazirikdən Axar.az-a verilən məlumata görə, nazirliyin nümayəndələrinə şirkətin istehsal prosesi, beynəlxalq ekoloji standartlar sahəsində nailiyyətləri, ölkənin ekoloji inkişafı və ətraf mühitin qorunması üçün həyata keçirilən layihələr təqdim edilib. İstehsal prosesində müasir innovativ üsullarla sərf olunan suyun həcminin azaldılması, səmərəli və qənaətlə istifadə proqramları, istehsal zamanı yaranan texniki suların müasir təmizləmə sistemindən keçirilərək tam təhlükəsiz formaya çatdırılması qaydaları haqqında məlumat verilib.

Görüşdə mövcud ekoloji problemlərin aradan qaldırılması istiqamətində fikir mübadiləsi aparılıb, plastik tullantıların çeşidlənməsi, təkrar emalı və utilizasiyası məsələləri, plastik qablaşdırmada ən böyük payı olan “Koka-Kola” şirkətinin bu sahədə üzərinə düşən məsuliyyəti və öhdəlikləri müzakirə edilib. Yeni yaşıllıq sahələrinin salınması, sudan səmərəli və qənaətlə istifadənin təşviqi, ətraf mühitin mühafizəsi sahəsində birgə ekoloji layihələrin həyata keçirilməsi üçün ümumi razılığa gəlinib.

Sonra nazirliyin nümayəndələri “Koka-Kola” şirkətinin istehsalat sahələri və ekoloji standartlara uyğun texnoloji proseslərlə tanış olublar.

Tarix
2018.12.05 / 11:06
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla