Yuxarı

Kərimov qeyri-rəsmi arvadını "it kimi" döydü - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:43

Milyonçu Ziyafət Kərimovun qeyri-rəsmi nikahda yaşadığı Mariya Syaçina adlı qadını sahibi olduğu obyektdə döyməsi ilə bağlı görüntülər yayılıb.

Axar.az xəbər verir ki, təhlükəsizlik kameralarına yaxalanan görüntülərdə Kərimov qadına amansız şəkildə zərbə endirir və yaxınlıqda olanlardan heç kim qadının köməyinə gəlmir. Daha sonra aldığı zərbələrdən yerdə uzanıb qalan qadını iki nəfər ərazidən uzaqlaşdırır.

Hadisə 23 fevral 2017-ci il tarixində baş versə də, görüntülər yalnız bu günlərdə ortaya çıxıb.

Zərərçəkən qadın sonuncu ümid kimi Andrey Malaxovun aparıcısı olduğu “Birbaşa efir” (“Pryamoy efir”) verilişinə müraciət edib, özünün Kərimovdan olan 5 yaşlı qızının və yeni sevgilisinin həyatının təhlükədə olduğunu bildirib.

Aparıcı Kərimovun bir müddət qeyri-rəsmi nikahda yaşadığı xanımını "it kimi" döyməsinin səbəbini soruşub.

Mariya Syaçinanın sözlərinə görə, həmin gecə Kərimovun sahibi olduğu kafedə onun dostları ilə birlikdə əyləniblər. Birdən-birə Kərimov onu kənara çağıraraq hücum edib və qadına ardıcıl zərbələr endirib. Qadın bu hadisədən sonra polisə müraciət etməyərək hadisənin baş verdiyi Moskva şəhərini tərk edib.

Ziyafət Kərimov bu hərəkətini qısqanclıqla əlaqələndirib və qadından üzr istəyib. Onun sözlərinə görə, hadisənin səhəri gün gül dəstəsi ilə qadının evini ziyarət edib və onlar barışıblar.

Kərimov qadının ona xəyanət etdiyini, bu xəyanəti öyrəndikdən sonra böyük sarsıntı keçirdiyini qeyd edib.

Tarix
2018.12.05 / 12:10
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla