Yuxarı

Məşhur biznesmenin qatil qızı ilə bağlı – Qərar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda bacısını balta ilə qətlə yetirməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü Pərvanə Nuriyevanın barəsində məhkəmə qərarından prokurorun apellyasiya protesti üzrə yenidən məhkəmə prosesi başa çatıb.

Axar.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Elşad Şamayevin sədrliyi ilə baş tutan prosesdə prokurorun apellyasiya protesti ilə bağlı qərar elan edilib.

Qərara görə, protest təmin olunmayıb.

Qeyd edək ki, Pərvanə Nuriyevanın yaxınları Sabunçu rayon Məhkəməsinə müraciət edərək, Səhiyyə Nazirliyi 1 saylı Respublika Psixatriya Xəstəxanasında müalicəsinin dəyişdirilib, məcburi ambulatoriya müşahidəsi və psixatr müalicəsinə keçirilməsini istəyiblər.

Məhkəmə həmin təqdimatı təmin edib və Pərvanə Nuriyeva azadlığa çıxıb.

Bu qərardan narazı qalan prokuror apellyasiya protesti verib. Prokuror protestində Sabunçu rayon Məhkəməsinin qərarının ləğv edilməsini, Pərvanə Nuriyevanın barəsində ümumi tipli psixiatriya stasionarında məcburi müalicəsinin bərpa edilməsini istəyib.

İttihama görə, 2014-cü ilin oktyabrında 1993-cü il təvəllüdlü Günel Nuriyeva yaşadığı Xudu Məmmədov küçəsi-18 ünvanında özündən iki yaş kiçik olan bacısı Pərvanə Nuriyeva tərəfindən qətlə yetirilib.

Pərvanə Nuriyeva mübahisə zəminində bacısı Günel Nuriyevaya 22 bıçaq zərbəsi vurub və daha sonra balta ilə başını kəsib.

Pərvanə Nuriyeva Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham olunub.

2015-ci il noyabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə Pərvanə Nuriyevaya hökm oxunub.

Məhkəmə Pərvanə Nuriyeva barəsində məcburi xarakterli tibbi tədbirlərin tətbiq edilməsi ilə bağlı qərar çıxarıb. O, müalicə edilməsi üçün Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilib.

Qeyd edək ki, bundan əvvəl də Pərvanə Nuriyevanın yaxınları Sabunçu rayon Məhkəməsinə müraciət edib. Onlar həmin dövrdə də Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasının ümumi tipli psixiatriya stasionarında məcburi müalicəsinin ləğv edilərək, məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsinə keçirilməsini istəyiblər.

Məhkəmə həmin təqdimatı təmin edib.

Bu qərardan narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror Sabunçu rayon Məhkəməsinin qərarının ləğv edilməsini, Pərvanə Nuriyevanın barəsində ümumi tipli psixiatriya stasionarında məcburi müalicəsinin bərpa edilməsini istəyib.

Bakı Apellyasiya Məhkəməsinin hakimi Əmir Bayramovun sədrlik etdiyi kollegiya prokurorun protestini təmin edib.

Həmin kollegiyanın qərarına əsasən, Pərvanə Nuriyevanın 1 saylı Respublika Psixiatriya Xəstəxanasının ümumi tipli psixiatriya stasionarında məcburi müalicəsinə saxlanılması qərara alınıb.

Qeyd edək ki, Nuriyeva bacılarının atası Etibar Nuriyev məşhur biznesmendir. Onun Şəki şəhərində xeyli obyektlərinin olduğu deyilir.

Tarix
2018.12.06 / 09:33
Müəllif
Hacı Zeynalov
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla