Yuxarı

“Nar” media nümayəndələrinə yeni məhsullarını təqdim etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nar” “BakuTel-2018” - 24-cü Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi çərçivəsində media nümayəndələri ilə görüş keçirib və ən son məhsullarının təqdimatını edib.

Axar.az xəbər verir ki, jurnalistlərin iştirakı ilə keçirilən təqdimatda “Nar”ın Azərbaycan telekommunikasiya bazarında ilk dəfə tətbiq etdiyi onlayn TV - Nar TV və “Nar Wi-Fi” haqqında ətraflı məlumat verilib və əyani göstərilib.

Bildirilib ki, abunəçilərə rahat şəkildə sevdiyi kanalları izləmək imkanı yaradan Nar TV mobil tətbiqini telefonlara və ya tabletlərə yükləməli, “Nar” nömrəsindən istifadə edərək qeydiyyatdan keçirilməlidir. Bundan sonra abunəçilər istənilən məkanda və vaxtda smartfonlarında 100-ə qədər Azərbaycan, regional və beynəlxalq kanallara rahat şəkildə baxa bilərlər. Məlumat verilib ki, “Nar TV” tətbiqini yükləyən istifadəçilər idman, əyləncə, uşaq, film, xəbər kanallarına 1 ay ərzində pulsuz baxa biləcəklər. Bundan başqa media nümayəndələrinə Nar TV-nin üstünlükləri barədə də danışılıb və əyani göstərilib.

Mətbuat konfransında “Nar”ın sərgidə təqdim etdiyi digər məhsul – Nar Wi-Fi haqqında da məlumat verilib. Bildirilib ki, bu internet paylayıcısı sayəsində abunəçilər istənilən məkanda sərfəli qiymətə portativ yüksək sürətli internetə (LTE / 4G) çıxış əldə edəcəklər. Bunun üçün müvafiq tarifli SIM kart ruterə daxil edilir və enerji mənbəyinə qoşulduqdan sonra qurğu avtomatik olaraq işə düşür. 30-dan artıq cihaz eyni anda internetə qoşula bilir. “Nar Wi-Fi” ev, bağ, ofis və biznes məkanlarını fiber optik kimi sürətli internetlə təmin edən naqilsiz texnologiyadır. “Nar Wi-Fi” ilə internet ADSL ilə müqayisədə daha sürətlidir və abunəçilərə 60 GB-a qədər limitsiz internet paketləri təqdim edilir.

Daha sonra media nümayəndələri “Nar” stendinə dəvət edilib və mobil operatorun yeni texnologiyaları ilə əyanı tanış olublar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə əhalisinin 97%-ni əhatə edir və 7300-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.

Tarix
2018.12.06 / 15:49
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla