Yuxarı

"Tapşırığın icrası üçün bütün resurslar səfərbər olunub"

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsinin qarşısında gələn il üçün proqnoz tapşırıqları qoyularkən həm nəqliyyat vasitələrində, həm də bəzi mallara müəyyən aksiz dərəcələrində dəyişiklik nəzərə alınıb.

Report-un məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün “Caspian European Club” üzvləri ilə görüşdə jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, xüsusilə energetik içkilərə aksiz vergisinin tətbiqinə görə xüsusi hesablama aparılıb: “Biz də bilirik ki, gələn il üçün Dövlət Gömrük Komitəsi nəzərdə tutulan 3 mlrd. 702 mln. manat proqnozu yerinə yetirəcək. Artıq bu ildən bu proqnozun icrası ilə bağlı bütün resurslar və bütün texniki imkanlar nəzərə alınıb, tam səfərbər olunub. Bununla nağlı hesablamalar aparılıb və hökumətin büdcə sistemi haqqında qanununa uyğun olaraq büdcə layihəsi işlənərkən də DGK-nın ekspertləri, xüsusilə də Baş İdarə rəisləri orada təmsil olunublar. Bütün layihələrin işlənməsində də bizim komitənin əməkdaşları iştirak ediblər. Burada qeyri-obyektiv rəqəm görmürük”.

S.Mehdiyev bildirib ki, ölkəmizdə baş verən iqtisadi inkişaf gələn il də komtənin qarşısına qoyulan proqnozun yerinə yetirilməsi üçün əsas verir: “Tticarət həcmi bu həcmdə qalarsa və bu şəkildə gedərsə, xarici ticarət fəaliyyəti iştirakçılarının hər hansı riskləri ortaya çıxmazsa, bu proqnoz önümüzdəki ildə də yerinə yetiriləcək”.

Tarix
2018.12.06 / 16:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla