Yuxarı

Nazirlik altı nəfərlik ailəni xilas etdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Laçın rayonu Qorçu kəndindən məcburi köçkün, Bərdə rayon Xəsili kəndində Quşçuluq fermasında məskunlaşmış Şahverdiyev İnşallah Fətullah oğlunun yaşayış şəraitinin olmaması və ünvanlı dövlət sosial yardımı ilə əlaqədar sosial şəbəkə vasitəsilə müraciətilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları tərəfindən araşdırma aparılıb.

Axar.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi Fazil Talıblı qeyd edib. O bildirib ki, Şahverdiyev İnşallahın ailəsi altı nəfərdən ibarətdir:

“Ailə üzvlərindən iki nəfəri II qrup əlilliyi olan şəxs, digər iki üzvün isə əmək qabiliyyətli olsa da, heç bir yerdə işləmirlər. Bu səbəbdən ünvanlı dövlət sosial yardımı ala bilmirlər. Bununla bağlı vətəndaşa qanunvericilik ətraflı izah edilib.

İ.Şahverdiyev həmçinin bildirib ki, sayğacı olmadığı üçün elektrik enerjisindən istifadə edə bilmirlər. Vətəndaşın mənzilinin sayğac və elektrik enerjisi ilə təmin edilməsi üçün aidiyyəti qurumla danışıqlar aparılıb. Dekabrın 4-də sayğacın quraşdırılması və elektriklə təmin olunması həyata keçirilib.

Eyni zamanda, ailənin əmək qabiliyyətli üzvlərinin işlə təmin edilməsi, məşğulluq proqramına qoşulması üçün müvafiq işlər aparılır. İ.Şahverdiyev bu proqrama qoşulmaqla yaxın vaxtlarda təlimlərdə iştirak edəcək”.

Tarix
2018.12.06 / 18:24
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla