Yuxarı

BNA əməkdaşına hücum edən şəxs saxlanıldı - DİN

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Nəqliyyat Agentliyinin (BNA) əməkdaşına müqavimət göstərən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə Report-a bildirib ki, Nərimanov rayon Polis idarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobilin sürücüsünün şəxsiyyəti müəyyənləşdirilərək saxlanılıb.

Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Qeyd edək ki, BNA-nın dayanma və durma qaydalarını pozan sürücülərə qarşı inzibati tənbeh tədbirlərini həyata keçirən əməkdaşlarına qarşı küt və kəsici-deşici alətlərlə hücuma cəhd edilib.

Agentliyin yaydığı rəsmi məlumatda bildirilib ki, hadisə ötən gün axşam saatlarında "Gənclik Mall" Ticarət Mərkəzinin qarşısındakı avtobus dayanacağı məntəqəsinin ərazisində baş verib. Dövlət qeydiyyat nişanı 10 UP 565 olan "Mercedes" markalı minik avtomobilinin sürücüsü nəqliyyat vasitəsini avtobus dayanacağı məntəqəsinin ərazisində saxladığından Bakı Nəqliyyat Agentliyi əməkdaşları ona dayanma və durma qaydalarının pozması ilə bağlı xəbərdarlıq edərək ərazini tərk etməsini tələb ediblər. Agentlik əməkdaşlarının qanuni tələbinə əməl etməkdən boyun qaçıran sürücü nalayiq və təhqiramiz ifadələr işlədərək ona qarşı inzibati tənbeh tədbirinin görülməsinə imkan verməyib. Bununla yanaşı, o, avtomobilində saxladığı kəsici-deşici alətlə Agentlik əməkdaşlarına hücum edib.

Tarix
2018.12.06 / 19:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla