Ana səhifə Toplum |
BP şirkəti bildirir ki, Toni Hant Azərbaycan-Gürcüstan-Türkiyə (AGT) Regionu üçün dəniz əməliyyatları üzrə vitse-prezident vəzifəsinə təyin olunub. Toni öz vəzifəsinin icrasına 15 dekabr 2013-cü il tarixindən başlayacaq. Bu vəzifədə Toni bütün AGT regionunun dənizdəki əməliyyatlarının təhlükəsiz, tələblərə uyğun və etibarlı şəkildə həyata keçirilməsinə cavabdeh olacaq.
Bu təyinat AGT Regionunda 4 il dəniz əməliyyatları üzrə vitse-prezident işləmiş Mark Tomasın Hyustonda yerləşən texniki funksional bölmələr üzrə vitse-prezident vəzifəsinə təyin olunmasından sonra verilib. Mark da öz yeni vəzifəsinin icrasına 15 dekabr 2013-cü il tarixində başlayacaq.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) üzrə regional
prezidenti Qordon Birrell deyir: "Mən ötən dörd il ərzində
Azərbaycanda dəniz əməliyyatlarımızın təhlükəsiz və etibarlı
şəkildə idarə olunmasına verdiyi möhtəşəm töhfəyə görə Marka öz
minnətdarlığımı bildirmək istəyirəm. Mark bizim regional dəniz
əməliyyatlarımızın beynəlxalq standartlara və BP-nin tələblərinə
uyğun qaydada idarə edilməsində aparıcı qüvvə olub. Marka təyin
edildiyi yeni texniki funksional bölmələr üzrə vitse-prezident
vəzifəsində uğurlar arzulayıram.
Həmçinin fürsətdən istifadə edərək Toninin AGT Regionuna
gəlməsindən məmnunam. Toni beynəlxalq neft sənayesində geniş
təcrübəyə malikdir və mən əminəm ki, bu təcrübə bizim dəniz
əməliyyatlarımızın əvvəlki kimi yüksək səviyyədə təhlükəsiz və
etibarlı şəkildə davam etməsini təmin etmək üçün əsas olacaq".
Toni Hant Lester universitetindən riyaziyyat üzrə bakalavr
dərəcəsinə və Aberdində yerləşən Robert Qordon universitetindən
dəniz qurğuları mühəndisliyi üzrə magistr dərəcəsinə malikdir. BP
şirkətindəki 29 illik karyerası ərzində o, əməliyyatlar üzrə
çoxsaylı vəzifələrdə, o cümlədən Böyük Britaniyada və Anqolada
dənizdə və quruda əməliyyatlar üzrə rəhbər vəzifələrdə çalışıb.
Toni Azərbaycandakı vəzifəsinə hazırda Luandada tutduğu sualtı
əməliyyatlar üzrə menecer vəzifəsindən təyin edilib.
Tarix
2013.12.04 / 14:53
|
Müəllif
Axar.az
|